Həbsxanadan çantada gizlənərək qaçdı


Dünya 14 Tem 2025 00:30:00 85 0

Həbsxanadan çantada gizlənərək qaçdı

Fransanın cənub-şərqindəki Korba şəhərindəki həbsxanadan 20 yaşlı məhbus azadlığa çıxan kamera yoldaşının əşyaları olan çantada gizlənərək qaçmağı bacarıb.

Bu haberi de oku: "Bu halda Rusiya məhv olacaq"

Son.az xəbər verir ki, bu barədə "Report" BFMTV kanalına istinadən xəbər verir.

Qeyd olunub ki, həbsxana rəhbərliyi hadisədən bir gün sonra xəbərdar olub.

Məhbus, insan alveri və oğurluq da daxil olmaqla bir neçə cinayətə görə cəza çəkib və həmçinin mütəşəkkil cinayətkarlıqla əlaqədə olduğu üçün istintaq altında olub. Hadisə ilə bağlı Penitensiar Müəssisə daxili araşdırmalara başlayıb.

Onun rəhbəri Sebastiyan Kovelin "BFMTV"yə verdiyi məlumata görə, bu, çox nadir haldır və bir sıra ciddi pozuntuları göstərir. Qurum rəhbərliyinin nümayəndəsi bildirib ki, hazırda həbsxana 170 faiz doludur. Bundan əlavə, qaçışla bağlı araşdırma aparılır.