Zelenski bu həftə Ukraynaya edilən PUA hücumlarının sayını açıqladı


Dünya 13 Tem 2025 20:14:00 78 0

Zelenski bu həftə Ukraynaya edilən PUA hücumlarının sayını açıqladı

"Rusiya son 7 gündə 1800-dən çox pilotsuz uçuş aparatı, 1200-dən çox idarə olunan bomba və 83 müxtəlif tipli raketlə Ukraynanın müxtəlif bölgələrinə hücum edib".

Son.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında paylaşıb.

"Onlar xalqımızı daha da qorxutmaq üçün şəhər və yaşayış məntəqələrini hədəf alan terroru gücləndirir. Lakin qüvvələrimizin müdafiə planları müsbət nəticələnir. Ümid edirik ki, müdafiəmizi gücləndirəcək bütün razılaşmalar həyata keçiriləcək".