"Bizə silah versəniz, Moskvanı vurarıq" Zelenskidən Trampa
Dünya 15 Tem 2025 16:00:00 66 0
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Rusiyanın dərinliklərinə, xüsusən də Moskvaya zərbə endirilməsi imkanlarını müzakirə etdiyi iddia olunur.
Bu haberi de oku: Bu ölkədə güclü ZƏLZƏLƏ
Son.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 4-də baş tutan telefon danışığında Tramp Ukrayna liderindən Moskvaya zərbə endirib-endirə bilməyəcəklərini soruşub. Zelenski isə cavabında "Əlbəttə, əgər bizə silah versəniz, vura bilərik" deyə cavab verib.
Qəzet yazır ki, Tramp bu dialoqdan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb və həmin söhbətdən narazı qalıb. Bildirilir ki, bu narazılıq onu daha sərt addımlar atmağa sövq edib.