Dünyanın ən yaşlı marafonçusu faciəvi şəkildə öldü


Dünya 15 Tem 2025 11:45:00 61 0

Dünyanın ən yaşlı marafonçusu faciəvi şəkildə öldü

Hindistanın Pəncab ştatında "Turbanlı Tornado" ləqəbli, dünyanın ən yaşlı marafon qaçışçısı Fauja Sinqh 114 yaşında yol qəzasında dünyasını dəyişib.

Son.az xəbər verir ki, o, Jalandhar şəhəri yaxınlığında yolu keçərkən naməlum avtomobilin vurması nəticəsində həyatını itirib.

89 yaşında marafon karyerasına başlayan Sinqh 100 yaşında tam marafon məsafəsini tamamlayan ilk insan kimi tarixə düşmüşdü. Hindistan liderləri, o cümlədən Baş nazir Narendra Modi onun əzmini və irsini dəyərləndirərək başsağlığı veriblər.