Bu ölkədə güclü ZƏLZƏLƏ


Dünya 15 Tem 2025 09:58:00 81 0

Bu ölkədə güclü ZƏLZƏLƏ

Filippin sahillərində 5.5 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 100 mindən çox insanın yaşadığı Tuqeqarao şəhərindən 127 km cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 49 kilometr dərinliyində yerləşib.