"Trampın üzünə telefonu qapadım" BBCnin müxbiri


Dünya 16 Tem 2025 10:36:00 68 0

"Trampın üzünə telefonu qapadım"  BBCnin müxbiri

"BBC News"un jurnalisti, Şimali Amerika üzrə baş müxbiri Gary O`Donohyu ABŞ prezidenti Donald Trampla eksklüziv müsahibədən əvvəl maraqlı hadisə yaşayıb.

Son.az xarici mediaya istinadən xəbər verir ki, O`Donohyu ötən il Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə Trampa qarşı baş verən sui-qəsd cəhdindən bir il sonra keçirilən müsahibənin gərgin hazırlıq prosesi barədə danışıb. O bildirib ki, müsahibənin baş tutması üçün bir neçə uğursuz cəhd olsa da, o, nəticədə evində yuxuya getdiyi bir anda Ağ Evdən zəng alıb.

Jurnalist etiraf edib ki, Trampın zəngi zamanı o, yuxudan ayılaraq telefonu təsadüfən söndürüb.

"Telefon məni yuxudan oyatdı və dedilər: 'Prezident indi sizin üçün xəttdədir'. Mən də otağa qaçıb səs yazıcımı götürdüm, amma tələsik zəngi təsadüfən söndürdüm," - deyə O`Donohyu bildirib.


Habere ait video