İsrail Suriya hərbi qərargahını VURDU
Dünya 16 Tem 2025 16:56:00 61 0
İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə hava zərbələri nəticəsində güclü partlayış baş verib.
Bu haberi de oku: "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu
Son.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrailin Hərbi Hava Qüvvələri Dəməşq bölgəsində Suriya hərbi qərargahının iqamətgahını vurub.
Məlumatda qeyd olunur ki, bu, Suriya ordusunun ölkənin cənubunda druzlara qarşı həyata keçirdiyi əməliyyatlara cavabdır.
"İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə ssenariyə hazırıq", - İsrail ordusu yaydığı bəyanatda qeyd edib.