"Əsrin fırtınası" gəlir Bu ölkəni bürüyəcək


Dünya 16 Tem 2025 15:00:00 71 0

"Əsrin fırtınası" gəlir  Bu ölkəni bürüyəcək

İqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri nəticəsində ABŞ-də baş verən fırtınalar getdikcə daha ölümcül və dağıdıcı xarakter alır. Alimlər xəbərdarlıq edirlər ki, yaxın gələcəkdə ölkə "əsrin fırtınası" adlandırılan güclü təbii fəlakətlə qarşılaşa bilər.

Son.az xəbər verir ki, CNN-in məlumatına görə, 1940-2025-ci illər arasında ABŞ-in şimal-şərq bölgəsində qeydə alınan fırtınalar araşdırılıb. Tarixi məlumatlar və siklon izləmə alqoritmləri vasitəsilə aparılan analiz nəticəsində ümumilikdə 900 fırtına hadisəsi təhlil olunub.

Tədqiqatçılar küləklərin maksimal sürətində təxminən 6% artım müşahidə edildiyini bildiriblər. Pensilvaniya Universitetindən iqlimoloq Maykl Mann qeyd edir ki, bu artım fırtınaların dağıdıcı gücünü 20% artırır və nəticədə daha geniş ərazilərdə ciddi dağıntılara səbəb ola bilər.

Bundan əlavə, dəyişən hava şəraiti əvvəlki göstəricilərlə müqayisədə 10% daha çox yağıntı gətirə bilər. Bu isə ABŞ-də artıq müşahidə olunan daşqın risklərinin daha da yüksəlməsi deməkdir.