"Rusiya Ukrayna ilə danışıqlar keçirməyə hazırdır"


Digərləri 28 Haz 2025 10:31:00 65 0

"Rusiya Ukrayna ilə danışıqlar keçirməyə hazırdır"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Kiyevlə danışıqların növbəti mərhələsini İstanbulda keçirməyə hazırdır.

Bu haberi de oku: Şəhid anası vəfat etdi

Son.az xəbər verir ki, Putin jurnalistlərin suallarını cavablandırarkən danışıqların vaxtı və yeri ilə bağlı razılığın əldə olunmasının vacibliyini vurğulayıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu prosesi dəstəklədiyini və buna görə təşəkkür etdiyini bildirib.

Putin həmçinin Rusiyanın Ukraynaya artıq təhvil verdiyi 6 000 hərbçi cəsədindən əlavə, daha 3 000 meyiti də verməyə hazır olduğunu qeyd edib.

Asya Son.az