Əraqçi Moskvada səfərdədir
Digərləri 23 Haz 2025 00:17:00 368 0
İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.
Bu haberi de oku: Rubl bahalaşdı, avro ucuzlaşdı Dollar və lirə isə...
Abbas Əraqçi ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı Rusiya lideri və yüksək rütbəli rəsmilərlə regional və beynəlxalq məsələlərdə məsləhətləşmək niyyətindədir.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İranın xarici işlər nazirinin Moskvaya gəldiyini təsdiqləsə də, kimlərlə görüşəcəyi barədə məlumat verməyib.
Kaynak: milli.az