Azərbaycanda marketlərdə zərərli makaronlar satılıb?


Digərləri 09 Haz 2025 10:58:00 154 0

Azərbaycanda marketlərdə zərərli makaronlar satılıb?

AQTA "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Rigate" tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumdan Son.az-a bildirilib ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb: 

"Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, ölkəmizə idxal olunmuş "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır".