Sumqayıtda marşrut avtobusu işıq dirəyinə çırpıldı yaralılar var
Digərləri 22 Tem 2025 11:51:00 83 0
Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bu haberi de oku: Generalların saxlanıldığı həbsxanaya yeni Rəis təyin edildi
Son.az report.az-a istinadən xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Əmirov Aqil Yaşar oğlu tərəfindən idarə olunan "İsuzu" markalı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun ortasındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtobusda olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 2005-ci il təvəllüdlü Alıyev Pünhan Ehsan oğlu, 1995-ci il təvəllüdlü Mustafayeva Qönçə Mehman qızı və Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Cəlilov Xocaxan Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.