Rusiya Ukraynadan qisas aldı: Ölənlər və xeyli yaralı var FOTO
Dünya 05 Haz 2025 10:20:00 113 0
Rusiya ordusunun Ukraynanın şimalındakı Priluki şəhərinə etdiyi dron hücumu nəticəsində azı 6 nəfər, o cümlədən 1 yaşlı uşaq həlak olub.
Bu haberi de oku: Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı
Son.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Çaus məlumat verib.
Hücum ABŞ prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından bir neçə saat sonra baş verib. Trampın sözlərinə görə Putin Ukraynanın iyunun 1-də Rusiya hərbi hava bazalarına etdiyi dron hücumlarına "çox sərt" cavab veriləcəyini bildirib.
Prilukidə baş verən hücum zamanı daha 6 nəfər yaralanıb. Qubernatorun bildirdiyinə görə 6 ədəd "Şahed" tipli dron şəhərin yaşayış məhəllələrini vurub, yaşayış binaları ciddi zədələnib.
Bir neçə saat sonra, Ukraynanın şərqində yerləşən Xarkov şəhərinə də dron hücumu olub. Vilayət rəhbəri Oleh Sinehubovun verdiyi məlumata görə, 17 nəfər, o cümlədən uşaqlar, hamilə qadın və 93 yaşlı qadın yaralanıb.
Gecə saat 1:05-də "Şahed" dronları Xarkovun Slobidskiy rayonunda iki çoxmərtəbəli binaya zərbə endirib, yanğınlar baş verib, bir neçə avtomobil məhv olub."
Digər tərəfdən, Rusiya XİN-in müavini Sergey Ryabkov bildirib ki, Ukraynanın iyunun 1-də Rusiya hərbi hava bazalarına hücumu nəticəsində bəzi təyyarələr zədələnsə də, tam məhv edilməyib və onlar bərpa olunacaq.
Amerika rəsmilərinin Reuters-ə verdiyi məlumata görə, Ukraynanın həmin hücumu nəticəsində 20-yə yaxın Rusiya hərbi təyyarəsi zərbə alıb, onlardan təxminən 10-u məhv edilib. Bu rəqəm, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqladığı saydan iki dəfə azdır.
İslam Son.az