Keçmiş prezident parkda bələdçi işləyir


Dünya 05 Haz 2025 08:08:00 113 0

Keçmiş prezident parkda bələdçi işləyir

Qvydni Yohannesson 2016-2024-cü illərdə dövlət başçısı vəzifəsində çalışıb.

İslandiyanın keçmiş prezidenti Qvyudni Yohannesson yayda Thingvellir milli parkında bələdçi kimi çalışacaq.

Son.az-ın xarici mediaya istinadla xəbərinə göə, yeni vəzifəsinə hazırlaşarkən o, hətta ilk tibbi yardım kursu da keçib.

Qeyd edilir ki, parkda işlədiyi ilk gündə bütün turistlər onu tanımayıb. Onların əksəriyyəti turu kimin apardığından şübhələnməyiblər.

Yohannesson 2024-cü il iyunun 17-də milli parkı ziyarət edərkən qoruyucu Einar A. E. Semundsendən iş təklifi aldığını iddia edir. "Biz qarşıda nələr olacağını danışırdıq və mən dedim ki, "iş tapmağın vaxtı deyilmi?" O, hiyləgərcəsinə cavab verib: "Sən sadəcə bura gəlmək istəmirsən?" - Yóhannesson xatırlayır.