Zelenski orduda kadr dəyişikliyi edəcək


Dünya 04 Haz 2025 18:00:00 107 0

Zelenski orduda kadr dəyişikliyi edəcək

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr dəyişiklikləri barədə məlumat verib.

Son.az xəbər verir ki, bu barədə o, axşam çıxışında bildirib.

"Mixail Drapatıy xüsusi olaraq döyüş məsələlərinə diqqət yetirəcək və Birləşmiş Qüvvələr komandiri təyin edilib ki, o, cəbhə ilə məşğul ola bilsin. Quru qoşunları sisteminə, xüsusən təlim, hazırlıq və bununla bağlı digər vəzifələrə gəlincə, onlarla başqa şəxs məşğul olacaq", - Zelenski bildirib.