“Putinin helikopterini vurmağa cəhd ediblər”
Digərləri 25 May 2025 22:42:00 98 0
"Kurska səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinin helikopteri Ukrayna Silahlı Qüvvələrinin irimiqyaslı hücumunun episentrində olub. Onlar prezidentin helikopterini vurmağa cəhd ediblər".
Bu haberi de oku: Zaqatalaya dolu yağdı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya ordusunun hava hücumundan müdafiə diviziyasının komandiri Yuri Daşkin bildirib.
"Vladimir Putin mayın 20-də Kursk vilayətinə səfər edib. Rusiya Prezidentinin helikopterinin region ərazisi üzərində uçuşu zamanı Kursk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumlarının intensivliyi xeyli artıb, - Yuri Daşkin bildirib.
Daşkin qeyd edib ki, Rusiya hərbçiləri Ukraynaya məxsus PUA-nın hücumunu dəf edib:
"Düşmənin pilotsuz təyyarələrinin hücumu dəf edilib, bütün hava hədəfləri məhv edilib". Son.az