Elektrik və hibrid avtomobillər bahalaşacaq? Güzəşt müddəti bitir


Digərləri 22 May 2025 15:23:03 75 0

Elektrik və hibrid avtomobillər bahalaşacaq?  Güzəşt müddəti bitir

Bir neçə il bundan əvvələ qədər ölkəyə ancaq daxili yanma mühərrikli avtomobillər gətirilirdi. Son illər isə ekoloji təmiz avtomobillərə tələbat artıb.

Bəs bu qədər marağın olması qiymət artımına səbəb ola bilər? 

Məsələ ilə bağlı Son.az-a avtomobil şirkət nümayəndəsi Fərid Hüseynov bildirib ki, həm şirkətlər tərəfindən, həm də fiziki şəxslər tərəfindən idxal olunan avtomobillərin çoxluğu faiz nisbəti olaraq daha çox hibrid mühərrikli avtomobillər idi və bu son 3 ildir belə tendesiyaya artaraq gedir:

"Yəni idxal olunan hibrid mühərrikli avtomobillərin sayı sürətli şəkildə artır. İnsanlar indi hibrid avtomobillərə üstünlük verirlər. Onlar həm münasib qiymətə olur, həm daha yeni texnologiyalı, həm də az xərcli olurlar. Eyni zamanda bu avtomobillərin sayının çoxalması ölkəmizdəki köhnə avtomobil parkının yeniləri ilə əvəz olunmasına da sürətli şəkildə töhfə verəcək. Tələbatın bu qədər artmasının əsas səbəbi bu cür avtomobillərə edilən vergi və gömrük güzəştləridir. Hazırda hibrid avtomobillər ƏDV-dən, elektrik avtomobillər isə həm ƏDV-dən, həm də aksiz vergisindən azad edilib".