Qazaxda yük maşını qatarla toqquşdu yaralılar var


Digərləri 22 May 2025 18:46:00 67 0

Qazaxda yük maşını qatarla toqquşdu  yaralılar var

18:46

Mayın 22-də saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Son.az-a TƏBİB-dən bildirilib.

"Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır ,1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

---------- 18.09

Qazaxda yük maşını qatarla toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. "Ford" markalı yük maşınının qatarla toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Son.az