Bu ərazilərdə qaz kəsiləcək
Digərləri 22 May 2025 20:47:00 77 0
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu haberi de oku: Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırılıb FƏRMAN
Son.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 23.05.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş Karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.