Siyəzəndə avtomobil aşdı bir ailənin 4 üzvü yaralandı
Digərləri 22 May 2025 20:01:00 93 0
Bakı-Quba magistral yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu haberi de oku: Kartdan karta pulu səhv köçürmüsünüzsə, pulu bu yolla qaytara bilərsiniz
Son.az xəbər verir ki, Siyəzən rayon sakini, 39 yaşlı Samir Əkbərovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yolun ortasındakı dəmir arakəsmələrə çırpılıb və aşıb.
Qəza nəticəsində sürücü və onun ailə üzvləri - 35 yaşlı həyat yoldaşı Rəvanə Əkbərova, 16 yaşlı qızı və 10 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı DYP tərəfindən araşdırma aparılır. /APA Son.az
Kaynak: milli.az