Samux rayonunda Uşaq İncəsənət Festivalı keçirilib
Digərləri 22 May 2025 19:01:00 80 0
Samux rayonunda "Konstitusiya və Suverenlik İli"çərçivəsində Uşaq İncəsənət Festivalı keçirilib. Festivalda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, idarə, müəssisə və təşkilatlar, ictimaiyyətinin nümayəndələri, gənclər və uşaqlar iştirak ediblər. Şəhid və qazi övladlarının da yer aldığı tədbirdə uşaqların əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Bir-birindən maraqlı və rəngarəng rəsm əsərləri, kreativ əl işlərindən ibarət sərgilər, teatr tamaşaları, müxtəlif rəqslər, bədii qiraət bölmələri, sənətkarlar guşəsi, festival iştirakçılar tərəfindən maraqla izlənilib. Həmçinin festivalın daha yadda qalan olması üçün üzərində uşaq incəsənət festivalı yazılmış xüsusi hazırlanmış foto kabin guşəsi, uşaqların həmin an hiss etdiklərini təsvir etmələri üçün sərbəst rəsm guşəsi, faceart və digər rəngarəng guşələr yaradılıb. Festivalda iştirak edən nağıl personajları və şən klounlar uşaqların sevincinə sevinc qatıb.
Bu haberi de oku: Direktorun işdən çıxarılma səbəbi bəlli oldu
Kaynak: milli.az