Məkkədə “fətva robotu” işə salınacaq Süni intelekt bunu da etdi FOTO
Digərləri 22 May 2025 21:39:00 78 0
Səudiyyə Ərəbistanının Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri İdarəsi süni intellektlə dəstəklənən "fətva robotu"nun istifadəyə verildiyini açıqlayıb. Bu texnoloji yenilik zəvvarlara dini suallarını cavablandırmaq və onların Kəbə ziyarətini asanlaşdırmaq məqsədi daşıyır.
Bu haberi de oku: Bu plastik əməliyyatlara
Son.az xarici mediaya istinadən xəbər verir ki, "Menaratul-Harameyn Robot"un ikinci versiyası artıq Məscidül-Haramda zəvvarların xidmətindədir. Robot dini sualları cavablandırmaqla yanaşı, əgər verilmiş sual verilənlər bazasında yoxdursa, istifadəçini birbaşa müftilərlə videozəng vasitəsilə əlaqələndirə bilir.
Bu addım, Səudiyyə Ərəbistanının rəqəmsal transformasiyalarla ayaqlaşmaq, zəvvarların dini təcrübəsini zənginləşdirmək və müasir texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biri hesab olunur.