Məşhur serialda yataq səhnəsi qalmaqal yaratdı
Digərləri 22 May 2025 13:22:00 62 0
STAR TV-də çərşənbə axşamları yayımlanan "Sahibsizlər" serialı son bölümü ilə sosial mediada əməlli-başlı qalmaqal yaradıb.
Bu haberi de oku: Bakının bu rayonunda qaz kəsiləcək
Son.az xəbər verir ki, "Alaz" soyunun davam etməsini və "aşirət" ənənələrinin qorunmasını istəyən "Pervin"in təzyiqi nəticəsində "Devran" və "Azizə" arasında yaşanan məcburi səhnə izləyicilərin sərt reaksiyasına səbəb olub.
İzləyicilər bu səhnəni "lazımsız", "məcburi" və seriala yaraşmayan bir təqdimat tərzi olaraq qiymətləndiriblər.
Sosial mediada "Bərbad bir səhnə", "Qəsdən müzakirə üçün edirlər", "Nəyə lazım idi?" kimi çoxsaylı tənqidlər paylaşılıb.
Hazal Subaşı, Kaan Mirac Sezen, Burak Berkay Akgül, Doğa Bayram, Ece Bağcı və Umut Kaplıca kimi aktyorların rol aldığı serialın prodüserləri və ya kanal rəhbərliyi hələlik mövzu ilə bağlı heç bir açıqlama verməyib.
Kənan Son.az