İcra başçısı qadın müəllimi özünə müavin təyin etdi
Digərləri 22 May 2025 17:20:00 72 0
Oğuz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.
Bu haberi de oku: Həyatda iki məqsədim var: Bakıdan onları almaq… Sərkisyan
Son.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Cavid Əbdul-Qədirov əmr imzalayıb.
Əmrə əsasən, Aliyə Arif qızı Osmanova başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Osmanova 2001-2017 illərdə Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim, 2017-2019-cu illərdə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, 2019-cu ildən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilib.