Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL


Digərləri 22 May 2025 17:24:00 59 0

Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL

"Lion Centre" MMC ilə Bakı Baş Gömrük İdarəsi arasında qalmaqal yaşanır.

Son.az xəbər verir ki, bu barədə Musavat.com-a müraciətində MMC-nin direktoru Ramil Aslanov deyib.

R. Aslanov iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov tərəfindən onun sahibkarlıq fəaliyyətinə qəsdən maneələr yaradılır.

Sahibkar öz iddiasında bildirir:

"Hazırda 24.04.2025-ci il tarixli OKS2025000000062 saylı invoys üzrə 01251000204009 saylı gömrük bəyannaməsi və 10.02.2025-ci il tarixli PL658 invoys üzrə 01251000197015 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallarımın buraxılışı gecikdirilir. "Lion Centre" MMC-nin iflasa uğramasına dair haqsız tədbirlər həyata keçirilir.

Burada Bakı Baş Gömrük İdarəsinin mənə qarşı süni əngəl yaradılması faktı şər-böhtanlarla "Lion Centre" MMC-nə qarşı maneəçilik yaratmaqları açıq aşkar özünü əks etdirir və sübuta yetirir.