ABŞ “Trump card” proqramına start verir


Digərləri 22 May 2025 17:39:00 73 0

ABŞ “Trump card” proqramına start verir

ABŞ yaxın həftələrdə Prezident Donald Trampın təşəbbüsü ilə xarici investorlar üçün yeni daimi yaşayış hüququ verən "Trump card" proqramına start verəcək.

Son.az xəbər verir ki, bu barədə ABŞ ticarət naziri Hovard Latnik məlumat verib.

Proqram çərçivəsində ABŞ iqtisadiyyatına ən azı 5 milyon dollar investisiya yatıran xarici vətəndaşlara yaşayış icazəsi veriləcək. Latnik bildirib ki, təşəbbüs may-iyun aylarında işə düşəcək və məqsəd ölkəyə xarici investisiyaların axınını sürətləndirməkdir.