Ərdoğan yenidən prezidentliyə namizəd olacaq?
Digərləri 22 May 2025 15:57:12 83 0
"Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur" .
Bu haberi de oku: Rubl bahalaşdı, avro ucuzlaşdı Dolların qiyməti də... RƏSMİ
Milil.Az xəbər verir ki, bu barədə Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Ərdoğan deyib.
"Seçkilərdə yenidən namizəd olmaq niyyətində deyiləm. Bizi yalnız ölkəmizin nüfuzunu necə yüksəldə biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq", - deyə Ərdoğan qeyd edib və Türkiyənin yeni Konstitusiyaya ehtiyac duyduğunu vurğulayıb.
Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası yeni Konstitusiya layihəsinin hazırlanması üzərində işləyir. O, həmçinin müxalifəti bu prosesə qoşulmağa dəvət edib.
Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci il mayın 14-dən gec olmayaraq keçirilməlidir.
Xatırladaq ki, Türkiyədə bir nəfər iki dəfədən artıq prezident seçilə bilməz. Ərdoğan artıq iki dəfə prezident seçilib.
Fidan Son.az