Vəzifəli şəxs rektor keçmək üçün 250 min manat veribmiş
Digərləri 07 Sen 2023 12:42:00 319 0
Azərbaycan Kikboksinq Federasiyasının dələduzluqda təqsirli bilinərək 7 il 6 ay həbs cəzasına məhkum edilən sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin törətdiyi əməllərlə bağlı maraqlı faktlar üzə çıxıb.
Bu xəbəri də oxu: Şuşaya növbəti köç karvanı yola salındı
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, iş üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Onlardan biri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının rəhbəri, tibb elmləri doktoru Şahin Əliyevdir. Belə ki, Səbuhi Rəcəb Şahin Əliyevə onu həmin instituta rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, tanınmış alimdən 250 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyərək pulu ələ keçirib. İstintaq müddətində S.Rəcəb kafedra müdirindən aldığı pulların yalnız 40 min manatını geri qaytarıb.
Məhkəmədə Şahin Əliyev bildirib ki, məsələ gündəmə 2018-ci ilin aprel ayında səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun vəfatından sonra gəlib: "Bundan sonra səhiyyə işçiləri arasında şayiə gəzirdi ki, işlədiyim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunacaq. Mən də karyera pilləkəni ilə qalxmaq arzusunda idim və işlədiyim istitutun rektoru vəzifəsinə təyin olunmaq istədim. Bundan sonra yüksəkvəzifəli məmurlarla tanışlıq yarada biləcək adam axtarmağa başladım və bu barədə yaxın bildiyim insanlara dedim. Bu insanlardan biri də ödənişli ekstrasens xidmətlərindən bir neçə dəfə istifadə etdiyim Mehriban adlı qadın idi. Mehriban bir neçə illik tanışım idi, atam ağır xəstəlikdən əziyyət çəkəndə o müalicə etmişdi. Buna görə də bacılarımın və yaxınlarımın məsləhəti ilə həmin ekstrasens Mehribana müraciət etdim.
Onun xidmətləri ilə bağlı çoxlu imkanlı və vəzifəli şəxslərin müraciət etdiklərini bilirdim və ona istədiyim iş barədə danışdım. Mehriban mənə vəzifəyə təyin olunmağını təşkil etmək üçün yüksəkvəzifəli məmurlarla vasitəçilik edə biləcək adam tanıdığını bildirdi. Bundan bir neçə gün sonra mənə dedi ki, tanıdığı adam var və məni 250 000 manata Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə təyin olunmağımda köməklik edəcək".
Zərərçəkmiş şəxs bildirib ki, bundan sonra Mehriban onu Səbuhi Rəcəblə tanış edib. Ş.Əliyev Səbuhiyə ilkin olaraq 100 min manat, daha sonra isə 2 qohumundan borc almaqla 150 min manat verib. Lakin S.Rəcəb verdiyi vədə əməl etməyərək pulları ələ keçirib.
Ş.Əliyev həmçinin bildirib ki, borc aldığı 150 min manatı qaytarmaq üçün Novxanıdakı bağ evini satmalı olub.
Araşdırmalar zamanı S.Rəcəbin daha 2 nəfərdən lüks avtomobil alınması adı ilə müvafiq olaraq 40 və 51 min manat alaraq dələduzluq etməsi də müəyyən edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən proses bu ilin 4 sentyabrında yekunlaşıb. İdmançı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Səbuhi Rəcəb BDU-nun Hüquq fakültəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə isə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb. Son.az
Şəhid ailəsi statusu almış dövlət qulluqçusuna vergi güzəşti məsəl�
Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında
Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Transxəzər Beynəlxalq Nəqliyya
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunun İkinci Kosal
Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb.
Nizami Kino Mərkəzində mövzusu "Qadın haqları" olan ANİMAFİLM
Sosial şəbəkə dələduzları indi də başqasının adından istifadə edər
"Aztelekom" MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icrası T
Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri i
Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istint
Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ər
İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın öl�