Ermənilər məğlub olacaqları oyuna başlayıblar


Siyasət 07 Sen 2023 12:25:00 394 0

Ermənilər məğlub olacaqları oyuna başlayıblar

Elçin Alıoğlu

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı kəskin mövqe tutduğunu nümayiş etdirməyə yönəltdiyi tamaşanı davam etdirir. O, arvadı Anna Akopyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 3-cü "Birinci xanımlar və centlmenler" sammitinə yollayıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskinin təşəbbüsü ilə keçirilən builki sammitin sloqanı "Psixi sağlamlıq: gələcəyin dayanıqlığı və zəif yönləri"dir.

Anna Akopyan sammitin ilk günündə çıxışını Ermənistanın propaqandasına sadiq qalaraq "qarabağlı ermənilərin humanitar fəlakəti, blokadası və aclığı"na həsr edib, "30 min qarabağlı uşağın ac qaldıqlarını" deyib.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı gündən bəri ilk dəfə olaraq İrəvandan Kiyevə göndərilən humanitar yardımı təhvil verən A.Akopyan daha sonra müharibədə həlak olmuş ukraynalı uşaqların xatirə memorialına baş çəkib.

Maraqlıdır ki, bu zaman Ukrayna hakimiyyət mənsublarından, Kiyevdəki administrasiyadan kimsə A.Akopyana məhz onun ərinin baş nazir olduğu ölkənin Birinci Qarabağ Müharibəsində minlərlə azərbaycanlı uşağı vəhşicəsinə qətlə yetirdiyini, yüz minlərlə uşağın köçkünlük və qaçqınlıq həyatına vadar olunduğunu, N.Paşinyanın isə Azərbaycanın bir neçə şəhərinin ballistik raketlərlə atəşə tutulması barədə əmr verdiyini, nəticədə neçə-neçə azərbaycanlı uşağın həlak olduğunu və yaralandığını deməyib.

Ümumiyyətlə, Anna Akopyanın sammitə dəvət alması suallar doğurur.

Ukrayna rəhbərliyi nədən işğalçı, aqressiv ritorikalı siyasət yürüdən, Cənubi Qafqazda sülhün bərqərar olması üçün konkret addımlar atmaqdan boyun qaçıran ölkənin "birinci xanımı"nı sammitə dəvət edib? Rəsmi Kiyev bu dəvətin Ukraynadakı müharibənin ilk günlərindən humanitar yardımlarını və dəstəyini əsirgəməyən Azərbaycanla münasibətlərə təsir edə biləcəyini anlamırmı?

Akopyan Kiyevdə özünəməxsus şəkildə "diplomatiya" ilə məşğul olarkən, N.Paşinyanın göstərişi əsasında erməni isteblişmenti anti-Rusiya isterikasının şiddətini və miqyasını sürətlə artırır.

Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın "Ermənistan rəhbərliyindəki şəxslərin məsuliyyətsiz və kobud bəyanatları, düşünülməmiş açıqlamaları ölkələrimiz arasında gərginliyi artırır: bu insanlar əməllərinə görə məsuliyyəti üzərimizə atmağa çalışırlar" açıqlamasına cavab verib.

"Rusiya ilə münasibətlərimiz indi elə vəziyyətdədir ki, suallar çox, cavablar azdır. Bu sualların arasında əsası odur ki, Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır? Yəni Laçın dəhlizi ildə sərbəst hərəkət təmin ediləcəkmi?", - A.Simonyan deyib.

M.Zaxarovanın bəyanatlarına gəldikdə isə, A.Simonyan deyib: "Hansısa qurumun hansısa katibəsinin açıqlamaları barədə danışmaq istəmirəm".

Bu arada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, "erməni xalqı NATO-nun təsir dairəsinə düşməyəcək qədər müdrikdir".

"Biz NATO-nun təkcə Ukraynanı deyil, Rusiyanın digər qonşularını, həmçinin Ermənistanı da öz zərərli təsir dairəsinə cəlb etmək cəhdlərini görürük. Əminəm ki, Ermənistan cəmiyyətinin, erməni xalqının kifayət qədər müdrikliyi, uzaqgörənliyi, müasir beynəlxalq reallıqları obyektiv dərk etmə qabiliyyəti var ki, NATO-nun Ermənistanı öz tərəfinə çəkmək üçün bu cür təxribatçı, anti-Rusiya və anti-erməni cəhdlərini anlasın.

Biz heç kimə diktə etmirik, amma biz bildiririk ki, NATO ilə yaxınlaşma öz təhlükəsizliyini təmin etmək baxımından müsbət nəticə verməyəcək.

Əminəm ki, erməni xalqı, erməni cəmiyyəti hər şeyi mükəmməl başa düşür və Ermənistanın uzunmüddətli təhlükəsizlik maraqlarına cavab verən düzgün nəticələr çıxaracaq", - Qaluzin deyib.

... Ermənistan parlamentinin spikerin belə "cəsarət"i təsadüfi deyil. Nikol Paşinyan idarə etdiyi, daha doğrusu, idarə etməyə çalışdığı ölkəni müxtəlif ölkələrinin hərbçilərinin və kəşfiyyatçılarının özlərini çox sərbəst hiss etdikləri məkana çevirib.

Hazırda Ermənistanda Gümrü şəhərindəki 102-ci bazadakı rusiyalı hərbçilərlə yanaşı, ABŞ-ın Ermənistandakı səfirliyinin "mühafizəsi" statuslu 800-dən artıq dəniz piyadası, İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) 82 zabiti, Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyasının (EUMA) "ekspertləri" qismidə fransız, alman, belçikalı və s. hərbçilərlə jandarmlar var.

Yaxın vaxtlarda EUMA-nın heyətinin genişləndiriləcəyi və Kanadanın Süvari Polisinin mənsublarının da Ermənistana göndəriləcəyi bəyan edilib.

Moskva isə məkik diplomatiyası ilə məşğul olduğunu göstərməyə çalışır. Rusiyanın XİN başçısı Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələləri üzrə xüsusii nümayəndəsi İqor Xovayev əvvəl İrəvana, sonra da Bakıya səfər edib.

Bakıda onun danışıqlarının və müzakirələrinin əsas mövzusu Laçın yolu və qarabağlı ermənilərlə bağlı situasiyadır.

Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin qarşısında, Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsinin əks tərəfində 400 ton "humanitar yük"lü ağırtonnajlı yük maşınları bir aydan çoxdur ki, dayanıblar. Ermənistan bu maşınları Xankəndinə yollamaq istəyir.

Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yolladığı humanitar yüklü 2 yük maşını durub. Qarabağlı ermənilər Bakıdan göndərilən yardımı qəbul etmək istəmirlər.

Hər iki tərəfdə yük maşınlarının gözləməsi əslində Ermənistanın və qarabağlı ermənilərin, habelə onların havadarlarının "humanitar fəlakət" adı ilə sırf geosiyasi oyunlar apardığını aşkar göstərir.

Qarabağlı ermənilərin "humanitar fəlakət"i süni şəkildə yaradılıb və onların ehtiyac duyduqları bütün malları Ağdam-Xankəndi yolu ilə daşımaq mümkündür.

Ermənilərsə inad edir, təminatın yalnız Laçın yolu ilə ola biləcəyini deyirlər.

Məqsəd rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan ermənilərin təminatının Azərbaycandan yan keçmək, Laçın yolu ilə Ermənistandan həyata keçirilməsinə nail olmaqdır.

Belədə qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasından danışmağa dəyməz.

Ermənilərin "blokada" isterikası isə absurddur, çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə tam uyğun olaraq sərhədlərini nəzarətdə saxlamaq niyyətindədir.

Nikol Paşinyan isə qarabağlı ermənilərlə Bakı arasında dialoqun məhz beynəlxalq vasitəçilərinin təminatı ilə aparılmasını təkid etməkdə problemi dövlətlərarası səviyyəyə yüksəliməyə çalışır.

Bu isə yenidən "qarabağlı ermənilərin statusu" ilə bağlı danışıqlara qayıdış, nizamlanma prosesinin onillərlə davam edəcək marafona çevrilməsi ola bilər.

Vəziyyətdən faydalanmağa çalışan ABŞ, Rusiya və Avropa İttifaqının hər biri danışıqlarda əsas vasitəçi olmağa can atır. Rusiya daha üstün mövqe tutduğunu düşünür: nə də olsa, bölgədə rusiyalı sülhməramlılar var.

Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərini Moskva ilə İrəvan yerinə yetirmirlər.

Bəyanatda bildirilir ki, rusiyalı sülhməramlıların bölgəyə yeridilməsi ilə paralel ermənilərin silahlı birləşmələri və hərbi texnikası Azərbaycandan çıxarılmalıdır - 10 min silahlı erməni hələ də Rusiya Sülhməramlı Kontingentinin nəzarətindəki ərazilərdədir.

Bəyanatda yazılıb ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat dəhlizi işə düşməlidir - bu sahədə zərrə qədər irəliləyiş yoxdur.

Bütün bunların nəticəsində prosesə Fransa, Avropa İttifaqı, Hindistan, Yunanıstan, İran qoşulmaq fikrindədir.

Qərb əgər ötən ilədək Qarabağ problemini Rusiya ilə müəyyən mənada geosiyasi sövdələşmə və anlaşma vasitəsi sayırdısa, indi Qərbin yeganə məqsədi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır.

Rusiya danışıqlarda əsas moderator rolunu əldən verməməyə, bu minvalla Azərbaycanla Ermənistana təsir imkanlarını itirməməyə can atır.

Rəsmi Bakı proseslərə kənar oyunçuların qarışmasında və çoxsaylı, amma mənasız təşəbbüslərdə maraqlı deyil.

Məhz bu səbəbdən də Rusiya problemin real həllinə başlamaq üçün Ağdam-Xankəndi marşrutunun istifadəyə verilməsinə, həmin istiqamətdə daşımaların başlanmasından bir sutka sonra isə Laçın yolunun açılmasına çalışır.

Bu variant bizə əlverişlidir.

Təbii ki, Laçın yolu açılarsa, orada Azərbaycanın müvafiq sərhəd və gömrük nəzarəti olacaq.

Əks təqdirdə, ermənilər Laçın yolunu unuda bilər.

Trend

Qərbi Azərbaycan İcması ABŞ Konqresinin ittihamlarına cavab verdi like
  • 07 Sen 12:23  
Siyasət Qərbi Azərbaycan İcması ABŞ Konqresinin ittihamlarına cavab verdi

Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında

arrow Ətraflı
Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Orta Dəhlizin birgə inkişafıdır  Alim Bayel like
  • 07 Sen 12:21  
Siyasət Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Orta Dəhlizin birgə inkişafıdır Alim Bayel

Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Transxəzər Beynəlxalq Nəqliyya

arrow Ətraflı
Düşmən Ağdam istiqamətində təxribat törətdi, qarşısı alındı like
  • 07 Sen 12:17  
Siyasət Düşmən Ağdam istiqamətində təxribat törətdi, qarşısı alındı

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb.

arrow Ətraflı
Bakıda Beynəlxalq Animasiya Festivalının açılışı olub like
  • 07 Sen 12:12  
Kriminal Bakıda Beynəlxalq Animasiya Festivalının açılışı olub

Nizami Kino Mərkəzində mövzusu "Qadın haqları" olan ANİMAFİLM

arrow Ətraflı
Sosial şəbəkələrdə yeni dələduzluq üsulu aşkar edilib like
  • 07 Sen 12:09  
Digərləri Sosial şəbəkələrdə yeni dələduzluq üsulu aşkar edilib

Sosial şəbəkə dələduzları indi də başqasının adından istifadə edər

arrow Ətraflı
"Aztelekom"un rəhbəri dəyişdi like
  • 07 Sen 12:08  
Digərləri "Aztelekom"un rəhbəri dəyişdi

"Aztelekom" MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icrası T

arrow Ətraflı
Sahil Babayev DOSTla bağlı əsas hədəflərini açıqladı like
  • 07 Sen 11:58  
Digərləri Sahil Babayev DOSTla bağlı əsas hədəflərini açıqladı

Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri i

arrow Ətraflı
Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşdı like
  • 07 Sen 11:57  
Digərləri Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı yekunlaşdı

Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istint

arrow Ətraflı
Flora Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib like
  • 07 Sen 11:54  
Siyasət Flora Xəlilova “Şöhrət” ordeni ilə təltif edilib

Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.

arrow Ətraflı
İlham Əliyev Yurgen Riqterinki qəbul edib like
  • 07 Sen 11:49  
Siyasət İlham Əliyev Yurgen Riqterinki qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı like
  • 07 Sen 11:49  
Digərləri Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı

Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ər

arrow Ətraflı
Səmayənin ölümü 3cü dəfə araşdırılacaq like
  • 07 Sen 11:47  
Kriminal Səmayənin ölümü 3cü dəfə araşdırılacaq

İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın öl�

arrow Ətraflı
Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq like
  • 07 Sen 11:38  
Digərləri Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

arrow Ətraflı
Afaq Gəncəliyə ad günü sürprizi  VİDEO like
  • 07 Sen 11:36  
Şou-biznes Afaq Gəncəliyə ad günü sürprizi VİDEO

Tanınmış aparıcı Afaq Gəncəliyə doğum günü sürprizi edilib.

arrow Ətraflı