Qərbi Azərbaycan İcması ABŞ Konqresinin ittihamlarına cavab verdi
Siyasət 07 Sen 2023 12:23:00 349 0
Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycan əleyhinə dinləmələr təşkil olunub və hazırda bəzi Qərb ölkələrində tüğyan edən azərbaycanofobiya yarışında xüsusi canfəşanlıq göstərən Luis Okampo tərəfindən ölkəmizə qarşı bir sıra hədyanlar səsləndirilib. Bu, bir daha Tom Lantos Komissiyasının riyakarlığını, insan hüquqları mövzusunu istismar edərək onu siyasiləşdirməsini və bir sıra dairələr tərəfindən Azərbaycana qarşı aparılan düşmənçilik kampaniyasında yer almasını göstərir.
Bu xəbəri də oxu: İlham Əliyev İran Prezidentinə təşəkkür edib
Bu fikirlər Qərbi Azərbaycan İcmasının açıqlamasında yer alıb.
"Tom Lantos Komissiyasını başqa ölkələrin daxili işlərinə kobud müdaxilə etməməyə, diqqəti öz ölkələrinə verməyə, məsələn, köklü amerikalıların hüquqlarının qorunması, polisin həddindən artıq güc tətbiq etməsi, Luis Okampoya qoşularaq Azərbaycana qarşı gülünc ittihamlar səsləndirən Xuan Mendesi vaxtilə BMT-nin işgəncələrə qarşı xüsusi məruzəçisi olarkən onun çoxsaylı müraciətlərinə baxmayaraq, nəyə görə Quantanamo həbsxanasına buraxılmaması kimi məsələləri müzakirə etməyə çağırırıq.
Qərbi Azərbaycan İcması hesab edir ki, bu dinləmələr bölgədə gərginliyi qəsdən artıran Ermənistanı, revanşist qüvvələri daha da ruhlandırır. O Ermənistanı ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırdıqdan və nəhayət, Azərbaycan tərəfindən döyüş meydanında məğlub edildikdən sonra indi Tom Lantos Komissiyasının 5-10 nəfərin iştirakı ilə təşkil etdiyi dinləmələrdən, amerikan rep ifaçısı Snop Doqun, işi-gücü ancaq Azərbaycana və Türkiyəyə qarşı çirkin kampaniya aparmaq olan rasist zehniyyətli "müstəqil" jurnalist Lindsey Snell kimilərinin tvitlərindən mədət umur.
Tom Lantos Komissiyasını heç vaxt Ermənistan işğalının ağır fəsadları, etnik təmizləmə, Azərbaycan xalqının iztirabları, o cümlədən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların taleyi maraqlandırmayıb. Əgər bu Komissiya qərəzsiz olsaydı və məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmasaydı, onda belə dinləmələri qərbi azərbaycanlıların Ermənistana - öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı təşkil etməli idi", - açıqlamada deyilir.
Azərbaycanla Qazaxıstanın ümumi məqsədi Transxəzər Beynəlxalq Nəqliyya
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunun İkinci Kosal
Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb.
Nizami Kino Mərkəzində mövzusu "Qadın haqları" olan ANİMAFİLM
Sosial şəbəkə dələduzları indi də başqasının adından istifadə edər
"Aztelekom" MMC-nin baş direktor vəzifəsinin müvəqqəti icrası T
Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri i
Hipermarketdə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istint
Flora Fətula qızı Xəlilova "Şöhrət" ordeni ilə təltif edilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ər
İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın öl�
Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.
Tanınmış aparıcı Afaq Gəncəliyə doğum günü sürprizi edilib.
Xalq artisti Mənsum İbrahimova vəzifə verilib. Son.az bizim.media-ya isti