Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib VİDEO FOTO


Siyasət 20 Yan 2025 12:01:00 66 0

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  VİDEO  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

X X X

Qanlı 20 Yanvar faciəsindən 35 il keçir. Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələri milli müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 35 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanın açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciə, günahsız insanların həlak olması ilə nəticələndi. Sanki bunları görməyən Azərbaycanın ovaxtkı səriştəsiz rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı.

Həmin vaxt Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev həyatını təhlükə altında qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin də sosial müdafiəsi, pensiya təminatı hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərdə hazırda ümumilikdə 30 mindən çox insan yaşayır.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının sübutudur. Buna görə də xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü də xüsusi qürur hissi ilə qeyd edir.

 
Dünyanın ən sağlam qidaları açıqlandı  SİYAHI like
  • 20 Yan 11:59  
Digərləri Dünyanın ən sağlam qidaları açıqlandı SİYAHI

Aparılan araşdırmalar nəticəsində dünyanın ən sağlam qidaları müəyy

arrow Ətraflı
Bu ərazilərə güclü qar yağdı like
  • 20 Yan 11:50  
Digərləri Bu ərazilərə güclü qar yağdı

Saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə hava şəraiti arabir y

arrow Ətraflı
Baş prokuror saxta plastik cərrahlardan danışdı: Komissiya yaradılıb like
  • 20 Yan 11:47  
Digərləri Baş prokuror saxta plastik cərrahlardan danışdı: Komissiya yaradılıb

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Pr

arrow Ətraflı
Karnitin zərərlidir? like
  • 20 Yan 11:43  
Digərləri Karnitin zərərlidir?

Karnitin ümumiyyətlə təhlükəsiz hesab edilən və bədəndə təbii olaraq

arrow Ətraflı
Təyyarə qəzasına dair birgə araşdırmalar aparılır  Baş prokuror like
  • 20 Yan 11:38  
Digərləri Təyyarə qəzasına dair birgə araşdırmalar aparılır Baş prokuror

Prezident İlham Əliyevin tapşırığı və göstərişi ilə bütün aidiyyə

arrow Ətraflı
"Apple" 10 tətbiqi "App Store"dan sildi like
  • 20 Yan 11:35  
Dünya "Apple" 10 tətbiqi "App Store"dan sildi

Apple milli təhlükəsizlik səbəbi ilə federal qadağaya əsasən, ABŞ Ti

arrow Ətraflı
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? like
  • 20 Yan 11:29  
Siyasət Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır?

Erməni Həvariyun (Apostol) Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxi

arrow Ətraflı
Bakıda yumurta qəhətə çəkildi like
  • 20 Yan 11:24  
Digərləri Bakıda yumurta qəhətə çəkildi

Artıq iki gündür ki, Bakının supermarketlərində yumurta qıtlığı yaşa

arrow Ətraflı
NASA Xəzərdəki "xəyal adası"nın sirrini açdı like
  • 20 Yan 11:20  
Digərləri NASA Xəzərdəki "xəyal adası"nın sirrini açdı

NASA-nın "Landsat 8" və "Landsat 9" peykləri Xəzər dən

arrow Ətraflı
Kamaləddin Qafarov: “20 Yanvar şəhidlərinin xatirəsi daim yaşayacaq” like
  • 20 Yan 11:15  
Digərləri Kamaləddin Qafarov: “20 Yanvar şəhidlərinin xatirəsi daim yaşayacaq”

"1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törədi

arrow Ətraflı
Tramp göstəriş verdi  Putinlə... like
  • 20 Yan 11:08  
Dünya Tramp göstəriş verdi Putinlə...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən bir ne

arrow Ətraflı
Evdə köhhnə telefonu olanlara ŞAD XƏBƏR like
  • 20 Yan 11:01  
Digərləri Evdə köhhnə telefonu olanlara ŞAD XƏBƏR

Bugünkü texnologiyanın sürətli inkişafı ilə bir çox insan köhnəlmiş

arrow Ətraflı
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ like
  • 20 Yan 10:55  
Digərləri Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir

arrow Ətraflı
Eldar Əzizov binaların sökülməsindən danışdı like
  • 20 Yan 10:50  
Digərləri Eldar Əzizov binaların sökülməsindən danışdı

Bakıda söküntü işləri ardıcıllıqla davam edir.

arrow Ətraflı
Suriyadan İran, Rusiya və İsrailə qadağa like
  • 20 Yan 10:43  
Dünya Suriyadan İran, Rusiya və İsrailə qadağa

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hökumət

arrow Ətraflı