Xarici İşlər Nazirliyi 20 Yanvarla bağlı Bəyanat yaydı


Siyasət 19 Yan 2025 21:32:00 66 0

Xarici İşlər Nazirliyi 20 Yanvarla bağlı Bəyanat yaydı

Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Bəyanat yayıb.

Son.az Bəyanatı təqdim edir:

"35 il bundan öncə yanvarın 19-dan 20-sinə keçən gecə Azərbaycan xalqının milli azadlıq

hərəkatının yatırılması məqsədilə, keçmiş SSRİ tərəfindən dinc əhaliyə qarşı törədilən qanlı

qətliamın ildönümü hər il ölkəmizdə 20 Yanvar - Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Müasir tariximizin dərin kədər, eyni zamanda böyük qürur tarixi olan 20 Yanvar - Ümumxalq

Hüzn Günündə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından

keçən bütün Şəhidlərimizi dərin minnətdarlıqla yad edirik.

Ötən əsrin 80-ci illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam

etdirilməsini, habelə azərbaycanlıların indiki Ermənistan ərazilərindəki tarixi yurdlarından kütləvi

deportasiyasını əsaslandırmaq naminə "Sumqayıt hadisələri" kimi qondarma təxribatların

hazırlanıb törədildiyi bir dövrdə keçmiş sovet hakimiyyətinin ölkəmizə və xalqımıza qarşı ayrıseçkilik siyasəti Azərbaycan xalqının milli azadlıq hərəkatının yüksəlişinə gətirib çıxardı.

Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparan xalq hərəkatını boğmaq

məqsədilə, 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun bölmələri, xüsusi

təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Bakı, Sumqayıt, Lənkəran və

Neftçalada mülki əhaliyə qarşı amansız qətliam törədildi. Bütün beynəlxalq hüquq normalarına

zidd şəkildə günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən,

ötən əsrin ən ağır insanlıq əleyhinə cinayətlərindən biri olan 20 yanvar hərbi təcavüzü

nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Dövrün mürəkkəbliyinə, keçmiş sovet hakimiyyətinin 20 yanvar həqiqətlərinin yayılmasının

qarşısını almaq istiqamətində gördüyü tədbirlərə baxmayaraq, törədilmiş amansız qətliamın

dərhal, faciədən bir gün sonra beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Ulu Öndər Heydər

Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən

hakimiyyətə qayıtmasından sonra xalqımıza qarşı törədilən bir sıra cinayətlər, o cümlədən 20

yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin

martında Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr

haqqında" qərar qəbul olundu.

20 yanvar faciəsinin Azərbaycan xalqının milli müqavimətini süquta uğratmaq məqsədilə

planlaşdırılıb icra olunmasına baxmayaraq, bu qanlı qətliam, xalqımızın müstəqillik, həmrəylik

və milli azadlıq hərəkatının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, SSRİ-nin uzun müddətdir

gecikdirilməyə çalışılan labüd süqutunun başlanğıcını qoydu.

Xalqımızın ən çətin günlərdən və tarixin ən mürəkkəb sınaqlarından çıxan birliyi və iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmini ilə nəticələnən parlaq zəfərinin, habelə 19-20 sentyabr 2023-cü ildə suverenliyimizin tam bərpasına gətirib çıxaran antiterror əməliyyatları ilə işğal və münaqişəyə son qoyulmasının əsasını təşkil etdi. Müstəqillik tariximizə dərin iz salan 20 yanvar faciəsinin 35-ci ildönümündə dövlətimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizi qürurla yad edir, bu yolda sağlamlığını itirən vətəndaşlarımıza cansağlığı arzu edirik!

Yaşasın Azərbaycan!". Son.az

Bu ərzaq məhsulları ucuzlaşa bilər like
  • 19 Yan 21:28  
Digərləri Bu ərzaq məhsulları ucuzlaşa bilər

Bir sıra ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir.

arrow Ətraflı
"Nə işiniz var ailəli qadınla?"  kişilərə əsəbiləşdi like
  • 19 Yan 21:16  
Şou-biznes "Nə işiniz var ailəli qadınla?" kişilərə əsəbiləşdi

"Necə ailənə, anana, bacına hörmət edirsənsə, başqasının da ail�

arrow Ətraflı
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib like
  • 19 Yan 21:05  
Siyasət Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial ş�

arrow Ətraflı
Buz bağlayan Maralgöldən əsrarəngiz görüntülər like
  • 19 Yan 20:31  
Digərləri Buz bağlayan Maralgöldən əsrarəngiz görüntülər

Göygöl Milli Parkının incilərindən biri olan Maralgöl buz bağlayıb.

arrow Ətraflı
Rusiya bu ölkənin "bacısı" olacaq  Yermak like
  • 19 Yan 20:20  
Digərləri Rusiya bu ölkənin "bacısı" olacaq Yermak

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak Qərb mətbuatında dər

arrow Ətraflı
Atəşkəs həsrəti sona çatdı like
  • 19 Yan 19:55  
Dünya Atəşkəs həsrəti sona çatdı

Xəbər verdiyimiz kimi, bu gün HƏMAS ilə İsrail arasında Qəzzada atəşk�

arrow Ətraflı
Azərbaycanda tanınmış həkim vəfat etdi like
  • 19 Yan 19:45  
Digərləri Azərbaycanda tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış həkim və cərrah Qiyas Mehdiyev vəfat edib.

arrow Ətraflı
Putinin Pezeşkiana hədiyyələri gündəm oldu like
  • 19 Yan 19:42  
Digərləri Putinin Pezeşkiana hədiyyələri gündəm oldu

Rusiya Prezidenti Vladimir Putin ölkəyə səfər edən iranlı həmkarı Məsu

arrow Ətraflı
Aktyorlar Çimnaza görə rejissoru "topa tutdu"  “Sənin vicdanına…” like
  • 19 Yan 19:28  
Şou-biznes Aktyorlar Çimnaza görə rejissoru "topa tutdu" “Sənin vicdanına…”

"Hamı qeyrət dağarcığı olub. Aktyorların haqqını yeyən şərəfsi

arrow Ətraflı
Mütəşəkkil cinayətkar dəstənin başçısı Ermənistandan Türkiyəyə ekstradisiya edildi like
  • 19 Yan 19:20  
Digərləri Mütəşəkkil cinayətkar dəstənin başçısı Ermənistandan Türkiyəyə ekstradisiya edildi

Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarl�

arrow Ətraflı
Plastik cərrahiyyə sahəsinin problemləri: Ucuz reklamın qurbanına çevrilənlər like
  • 19 Yan 18:58  
Digərləri Plastik cərrahiyyə sahəsinin problemləri: Ucuz reklamın qurbanına çevrilənlər

Azərbaycanda plastik cərrahiyyə sahəsində hərc-mərclik hökm sürür. Pla

arrow Ətraflı
Ermənistandan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edilib like
  • 19 Yan 18:55  
Dünya Ermənistandan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edilib

Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarl�

arrow Ətraflı
HƏMAS 3 israilli girovu azad edib like
  • 19 Yan 18:50  
Dünya HƏMAS 3 israilli girovu azad edib

Fələstinin "HƏMAS" hərəkatı 3 israilli qadın girovu - Romy Gone

arrow Ətraflı
Məşhur müğənnidən “Real”ın ulduzu ilə eşq yaşayır” xəbərinə reaksiya – like
  • 19 Yan 18:44  
Şou-biznes Məşhur müğənnidən “Real”ın ulduzu ilə eşq yaşayır” xəbərinə reaksiya –

Dünya musiqi bazarında kifayət qədər məşhur olan ispan pop ulduzu Aytana

arrow Ətraflı
Azərbaycanda avtomobil kanala aşdı  xəsarət alanlar var like
  • 19 Yan 18:40  
Digərləri Azərbaycanda avtomobil kanala aşdı xəsarət alanlar var

"Mercedes" markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb

arrow Ətraflı