Plastik cərrahiyyə sahəsinin problemləri: Ucuz reklamın qurbanına çevrilənlər


Digərləri 19 Yan 2025 18:58:00 68 0

Plastik cərrahiyyə sahəsinin problemləri: Ucuz reklamın qurbanına çevrilənlər

Azərbaycanda plastik cərrahiyyə sahəsində hərc-mərclik hökm sürür. Plastik cərrahlarla bağlı yaşanan son qalmaqal bu sahədə ciddi problemlərin olduğunu bir daha təsdiqləyir. İctimaiyyət arasında gedən müzakirələr onu deməyə əsas verir ki, ixtisası olmayan həkimlər bu sahədə at oynadırlar. Hətta fəaliyyəti qadağan olunan həkimlərin də işlərinə davam etmələri ilə bağlı məlumatlar var.

Bəs görəsən, mövcud problemin aradan qaldırılması üçün hansı addımların atılması mümkündür? Bu istiqamətdə Səhiyyə Nazirliyinin mövqeyi nədən ibarətdir? Bununla bağlı müvafiq araşdırmalar aparılıbmı? İxtisası olmayan həkimlərin estetik cərrah kimi çalışması hüquqi cəhətdən hansı məsuliyyəti yaradır?

Son.az "kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Meydanda peşəkarlar qalacaq"

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndər "Kaspi"yə açıqlamasında bildirib ki, plastik cərrahiyyə Azərbaycan üçün yeni bir sahədir: "Sovet dövründə bu, ümumi cərrahiyyənin daxilində idi. Yəni, yanıqları, üzdə yaranan problemləri, anadangəlmə qüsurları və s. ümumi cərrahlar əməliyyat edirdi. Rezidentura proqramı hazırlandıqdan sonra artıq plastik cərrahiyyə yeni bir sahə kimi ayrıldı. Hazırda ixtisaslı plastik cərrahiyyə üzrə mütəxəssislər beş il müddətinə hazırlanır. Həkimlər plastik cərrah işləmək üçün mütləq rezidentura təhsili almalıdırlar. Belə deyək ki, plastik cərrahiyyə artıq konkret sahədir. Sertifikasiyadan keçməyənlər isə ümumiyyətlə, həkim adı altında fəaliyyət göstərməməlidir. Bu sahədə qeyri-qanuni işlərlə məşğul olanlarla aidiyyəti qurumlar ciddi şəkildə mübarizə aparmalıdırlar".

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanda plastik cərrahiyyə keçid dövrünü yaşayır: "Bu proses qonşu Türkiyədə də belə gedib. Dünyanın bir çox ölkələrində plastik cərrahiyyə ilə kosmetologiyanı qarışdırıblar. Məsələn, bəzi tibbi təhsili olmayan insanlar kosmetoloji prosedurlar həyata keçirirlər. Buna "padvalaltı kosmetologiya" deyilir. Bir çox ölkələrdə, o cümlədən bizdə də mövcuddur. İndi bu istiqamətdə silkələnmə baş verdi, artıq hər şey yerinə oturmalıdır. Keçid dövrü başa çatandan və ələnmə prosesi yekunlaşandan sonra meydanda peşəkarlar qalacaq".

Ucuz reklamın qurbanına çevrilənlər

Mütəxəssis hesab edir ki, sosial şəbəkələrdə də müəyyən qadağaların tətbiq olunması vacibdir: "Pasiyentlər bu sahədə həkim seçərkən diqqətli olmalı, ucuz reklamlara aldanmamalıdırlar. Pasiyentlər həkimə müraciət edərkən onun diplomunu tələb etməli, plastik cərrah olub-olmadığını araşdırmalıdırlar. Bundan başqa, sertifikasiyadan keçib-keçmədiyini öyrənməlidirlər. Son vaxtlar plastik cərrahiyyələrlə bağlı şikayətlərin artmasının əsas səbəblərindən biri məhz bu sahədə qeyri-peşəkar insanların qanunsuz fəaliyyət göstərməsidir. Pasiyentlər onları haradan tapırlar? Təbii ki, sosial şəbəkələrdən. Bu gün sosial şəbəkələr naşı plastik cərrahların reklamları ilə "göz oxşayır". Onlar səhifələrində hətta özlərinə məxsus olmayan əl işlərini paylaşmaqdan da çəkinmirlər. Nəticədə insanlar ucuz reklamın qurbanı olurlar".

10 ayda 15 qayda pozuntusu

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) sorğumuza cavab olaraq bildirilib ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır: "Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. 2024-cü ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb".

Həkimdən sertifikatı tələb edin

Mərkəzdən o da vurğulanıb ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər: "Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama barədə qərar qəbul edilir. İttihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə araşdırma aparmaq barədə qərar qəbul edilə bilər. Xüsusi ağır hallarda toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilir".

10 mindən 30 min manatadək cərimə

Hüquqşünas Ruslan Vəliyev deyib ki, ölkəmizdə tibbi fəaliyyət lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilir: "Məlumdur ki, həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidirlər. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər iki min manatdan üç min manata, vəzifəli şəxslər beş min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1 000 manata, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar".

Ermənistandan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edilib like
  • 19 Yan 18:55  
Dünya Ermənistandan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısı və üzvü ekstradisiya edilib

Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarl�

arrow Ətraflı
HƏMAS 3 israilli girovu azad edib like
  • 19 Yan 18:50  
Dünya HƏMAS 3 israilli girovu azad edib

Fələstinin "HƏMAS" hərəkatı 3 israilli qadın girovu - Romy Gone

arrow Ətraflı
Məşhur müğənnidən “Real”ın ulduzu ilə eşq yaşayır” xəbərinə reaksiya – like
  • 19 Yan 18:44  
Şou-biznes Məşhur müğənnidən “Real”ın ulduzu ilə eşq yaşayır” xəbərinə reaksiya –

Dünya musiqi bazarında kifayət qədər məşhur olan ispan pop ulduzu Aytana

arrow Ətraflı
Azərbaycanda avtomobil kanala aşdı  xəsarət alanlar var like
  • 19 Yan 18:40  
Digərləri Azərbaycanda avtomobil kanala aşdı xəsarət alanlar var

"Mercedes" markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb

arrow Ətraflı
İmişlidəki qəzada ölən məktəblilər qohum olublar like
  • 19 Yan 18:36  
Digərləri İmişlidəki qəzada ölən məktəblilər qohum olublar

Xəbər verdiyimiz kimi, dünən İmişli rayonu ərazisində ölümlə nəticə

arrow Ətraflı
İmişlidə mikroavtobus qəza törətdi  ölən var like
  • 19 Yan 18:30  
Digərləri İmişlidə mikroavtobus qəza törətdi ölən var

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Sumqayıtda baş vermiş yanğında xəsarət alan şəxsin SON DURUMU like
  • 19 Yan 18:25  
Digərləri Sumqayıtda baş vermiş yanğında xəsarət alan şəxsin SON DURUMU

Sumqayıt şəhərində baş vermiş yanğında xəsarət alan şəxsin vəziyy�

arrow Ətraflı
Xalq artisti​​​​​​​ Ənvər Həsənovdan xəbər var like
  • 19 Yan 18:20  
Şou-biznes Xalq artisti​​​​​​​ Ənvər Həsənovdan xəbər var

Ötən gün səhər insult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyad

arrow Ətraflı
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib like
  • 19 Yan 18:13  
Digərləri Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrini

arrow Ətraflı
Astarada qəza olub, əkiz bacılar xəsarət alıb like
  • 19 Yan 18:08  
Digərləri Astarada qəza olub, əkiz bacılar xəsarət alıb

Astarada yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Vaşinqtonda Trampa qarşı aksiya keçirilib like
  • 19 Yan 18:03  
Dünya Vaşinqtonda Trampa qarşı aksiya keçirilib

Minlərlə insan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiy

arrow Ətraflı
Kişilərin nəsli tükənmə təhlükəsi ilə üzüzə  Bu tarixdən sonra... like
  • 19 Yan 17:51  
Digərləri Kişilərin nəsli tükənmə təhlükəsi ilə üzüzə Bu tarixdən sonra...

Son dövrlərdə aparılan araşdırmalar Y xromosomunun, yəni kişilərin cins

arrow Ətraflı
2025ci ilin yanvarında satışa çıxarılacaq 6 gözlənilən smartfon like
  • 19 Yan 17:39  
Digərləri 2025ci ilin yanvarında satışa çıxarılacaq 6 gözlənilən smartfon

Smartfon dünyası 2025-ci ilə sürətlə daxil olduğu üçün yanvar ayında

arrow Ətraflı
Davaya görə serialdan gedir like
  • 19 Yan 17:28  
Şou-biznes Davaya görə serialdan gedir

Türkiyədə hazırda yayımlanan "Siyah kalp" serialında "Samet

arrow Ətraflı
Almaniya: Kasıb gəncləri olan varlı ölkə like
  • 19 Yan 17:18  
Dünya Almaniya: Kasıb gəncləri olan varlı ölkə

Almaniyada hər dörd gəncdən biri yoxsulluqdan əziyyət çəkir. Gənc evsiz

arrow Ətraflı