Britaniya parlamentində Qara Yanvar ilə bağlı təşəbbüs irəli sürüldü
Siyasət 18 Yan 2025 08:56:00 83 0
Böyük Britaniya parlamentində qanunverici sənəd statusunda olan 644 nömrəli erkən gündəlik təklifi (Early Day Motion) təqdim edilib.
Bu xəbəri də oxu: Vardanyana 10 gün vaxt verildi
Son.az report-a istinadən xəbər verir ki, bu təklif deputat Bob Bləkmen tərəfindən irəli sürülüb və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıdakı qırğınının 35-ci ildönümünün xatırlanmasını hədəfləyir.
Təklifdə vurğulanıb ki, Bakıya hərbi müdaxilə Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatına cavab olaraq həyata keçirilib və nəticədə təxminən 150 dinc sakin həlak olub. Bu qanunverici sənəd Böyük Britaniya Parlamentinin üzvlərini həmin faciəvi günün qurbanlarının xatirəsini anmağa və bu tarixi hadisələri yadda saxlamağa çağırır.
Deputat Bob Bləkmen təklifin mətnində hadisələrin əhəmiyyətini vurğulayaraq, xalqların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin yaddaşlarda qalmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, erkən gündəlik təkliflər Böyük Britaniya Parlamentində müəyyən məsələlərə diqqət çəkmək və müzakirələrə başlamaq məqsədilə təqdim edilən rəsmi qanunverici sənədlərdən biridir. Son.az
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiy
ABŞ-li milyarder İlon Maskın "SpaceX Starship" raketi Texasdan (AB�
Türkiyədə Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri
Yeni il bayramı bitsə də bazarlarda bəzi məhsulların qiymətində artım m
Aktrisa Ülviyyə Xəlinbəyovaya ailəsi haqda sual verilib.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası yanvarın
Şaurma fəst-fud qidalar siyahısına daxildir, amma bəzi insanlar özləri d�
Ermənistan Baş naziri Nikol Paşinyanın Səlcuq İmperiyasının Anadoluya y�
"Fitch Ratings" Azərbaycanın xarici valyutada uzunmüddətli emitent
Mütəxəssislər hansı balıqda daha çox omeqa-3 olduğu müəyyən ediblər.
Kif basmış məhsullar, müxtəlif xəstəliklərə səbəb ola bilər. Kif və
"Kim deyir ki, mən qəpiyə güllə atmışam?".
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
Müğənni Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğlunun yeni s
Qəza sınaqlarının nəticələrinə əsasən "Euro NCAP" təşkilat