Arayik Azərbaycan xalqından üzr istədi
Siyasət 17 Yan 2025 21:00:00 72 0
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar
Son.az Trend-ə istinadən xəbər verir ki, məhkəmədə hərbi cinayətkar Arayik Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir:
"Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm".
Qeyd edək ki, prosesi yanvarın 21-dək təxirə salınıb. Son.az
Xanımı Vanda Nara ilə qalmaqallı şəkildə ayrılan futbolçu Mauro İkardi
Məşhur britaniyalı aktrisa Coan Plourayt 95 yaşında vəfat edib.
Donald Tramp və köməkçisi J.D.Vens yanvarın 20-də vəzifəyə başlamazdan
Aktrisa Cessika Alba prodüser həyat yoldaşı Keş Uorrenlə 17 illik evlilik
Qız bürcü qəhvəni işlərinə gətirə biləcəyi dəqiqliyə və diqqətə
Rusiyanın Sverdlovsk vilayətinin İrbit şəhər sakini "Əbədi məşəl
ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp ənənəyə qarşı çıxaraq andiç
Rusiya və İran Cənubi Qafqazda sülhün tərəfdarıdır.
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində hə
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliy
Hər zaman enerjisi və qeyri-adi paylaşımları ilə seçilən tanınmış fit
Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzal
İraqda nikah yaşının aşağı salınmasından sonra ilk dəfə 9 yaşlı qı