Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar
Siyasət 17 Yan 2025 17:29:00 70 0
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
Bu xəbəri də oxu: Tramp NATOya qarşı: ya 5%, ya kollaps
Son.az xəbər verir ki, Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri dini sahəyə göstərilən qayğıya, maddi-mənəvi dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər.
Dövlətimizin başçısına ünvanlanan məktublarda Azərbaycan Prezidentinin rəhbərliyi ilə dinlər və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətindəki səmərəli fəaliyyət, milli və qlobal müstəvidə həyata keçirilən layihələr təqdir edilir. Prezident tərəfindən Azərbaycandakı dövlət-din münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində atılan əməli addımlar, dini konfessiyalara göstərilən diqqət və dəstəyin unikallığı vurğulanır.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev məktubunda hər il müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən yəhudi dini qurumlarına ayrılan maliyyə yardımının əhəmiyyətinə toxunaraq, ibadət evlərinin təmir və bərpa edilməsi istiqamətindəki işlərə görə dövlət başçısına təşəkkürünü bildirib.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək yəhudilərin Azərbaycanda təhlükəsiz və tolerant mühitdə yaşadığını vurğulayıb.
Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan bütün yəhudilərin dini tələbatlarını yüksək səviyyədə həyata keçirdiklərini, dövlətin böyük diqqətini, qayğı və himayəsini hiss etdiklərini qeyd edib.
Ayrılan maliyyə yardımının protestant icmasının fəaliyyətinə töhfə olduğunu yazan Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov məktubunda ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini tolerantlıq mühitinin dünyada ən yaxşı nümunələrdən biri olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin xalqın milli-mənəvi dəyərlərinə göstərdiyi yüksək münasibət baxımından regionun lider dövləti olduğunu bildirərək Prezidentə alban irsinin inkişafına təkan olacaq dəstəyə görə minnətdarlığını ifadə edib.
"Vineyard Azərbaycan" Xristian dini icmasının sədri Emil Pənahov, Bakı şəhəri Alov Xristian dini icmasının sədri İdris Məmmədov, Bakı Krişna Şüuru dini icmasının rəhbəri Mahir Əhmədov, "Həyatverici Lütf" xristian dini icmasının rəhbəri Elşən Hüseynzadə, "Həyat sözü" Xristian dini icmasının rəhbəri Yusif Fərhadov, İsmayıllı rayonu İvanovka kəndi "Molokan-ruhani-xristian" dini icmasının rəhbəri Sergey Vasilyevig Kazakov, "Şərqdə Ulduz" Xristian dini icmasının sədri Oleq Dolivets, "Yeni Həyat" Xristian incil dini icmasının rəhbəri Lyudmila İbrahimova, Qax rayonu Qaxingiloy kəndi "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri İaqo Kasiaşvili, Qax rayonu Əlibəyli kəndi "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri Temuri Barixaşvili, Sumqayıt şəhəri Alov-Xristian dini icmasının sədri Murad İslamov, Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri İsaqov Pisax, Bakı şəhəri Nərimanov rayonu "Yeddinci Günün Adventistləri"
dini icmasının sədri Mahir Verdiyev, "Gəncə şəhəri Yeddinci Günün Adventistləri" xristian dini icmasının sədri Yusif Şərifov və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova tərəfindən dövlətimizin başçısına ünvanlanan təşəkkür məktublarında maliyyə yardımının yalnız icmalar üçün deyil, həm də cəmiyyətimizdə birlik və həmrəylik prinsiplərinin möhkəmləndirilməsi baxımından qiymətli olduğu qeyd edilib.
Son.az bildirir ki, yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti
Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova f
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov araşdırdığı
Dövlət Uşaq Filarmoniyasında Şarl Perronun "Qırmızı Papaq" na�
Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilər
ABŞ Prezidenti Co Bayden 2019-cu ildə Suriya ilə bağlı verdiyi sərəncam�
Ölkənin aparıcı İKT şirkəti "Azerconnect Group" nüfuzlu "
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətb
Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm
Azərbaycanda ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların s
Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şər
Türk kinosunun əfsanəvi filmi "Zübük" yenidən çəkiləcək.
Perunun şimalındakı Amasonas regionunda polis helikopterinin qəzalı enişi