“Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçildi
Digərləri 17 Yan 2025 16:50:00 90 0
Ölkənin aparıcı İKT şirkəti "Azerconnect Group" nüfuzlu "Top Employers Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən növbəti dəfə Azərbaycanın "Ən yaxşı işəgötürən" şirkəti seçilib. Bununla da "Azerconnect Group" ardıcıl olaraq üçüncü dəfə "Ən yaxşı işəgötürən" beynəlxalq sertifikatını əldə edən yeganə yerli şirkət olub.
Bu xəbəri də oxu: Kəhrəbanın içindən 50 milyon il yaşı olan görün nə çıxdı
Beynəlxalq təşkilat dünya təcrübəsindən irəli gələn 250-dən çox meyar üzrə "Azerconnect Group"un insan kapitalının idarəolunması sahəsində strategiyasını, həmçinin bu sahədə icra etdiyi innovativ layihələri dəyərləndirib və yüksək qiymətə layiq görüb. Şirkətin iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və digər istiqamətlərdə ən son beynəlxalq insan resursları təcrübələrini və standartları tətbiq etməsi vurğulanıb.
"Top Employers Institute" haqqında
"Top Employers Institute" dünyanın müxtəlif ölkələrində şirkətlərin işəgötürmə, işçi təcrübəsi və liderlik sahəsindəki fəaliyyətini qiymətləndirən və sertifikatlaşdıran beynəlxalq təşkilatdır. 30 ildən artıq bir müddətdə fəaliyyət göstərən "Top Employers Institute" 2025-ci ildə 125 ölkədə/regionda 2400-dən çox təşkilatı sertifikatlaşdırılıb. Bu sertifikatı əldə etmiş "Ən yaxşı işəgötürənlər" qlobal miqyasda 13 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
"Azerconnect Group" haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətb
Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm
Azərbaycanda ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların s
Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şər
Türk kinosunun əfsanəvi filmi "Zübük" yenidən çəkiləcək.
Perunun şimalındakı Amasonas regionunda polis helikopterinin qəzalı enişi
Elə bir dövrdə yaşayırıq ki, həqiqət manipulyasiya alətinə, yalan isə
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin d
Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41232 nəfər və ya 0,4
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqç
"Deyirlər ki, evdə uşaqlarımız böyüyür, dəfninə necə gedək?"
Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian ara
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill 2024-cü il dekabrın 25-də
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 6 kiloqram çəkidə körpə dünyaya g
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-