Vardanyana 10 gün vaxt verildi
Siyasət 17 Yan 2025 21:06:00 67 0
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Bu xəbəri də oxu: Ermənistanın qanunsuz silahlı birləşmələrinin cinayət işi üzrə zərərçəkənlərin sayı məlum olub
Son.az Trend-ə istinadən xəbər verir ki, ibtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.
Qeyd edək ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.
Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.
Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur. Son.az
Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikas
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan dövləti və onun silahlı qüvvə
Xanımı Vanda Nara ilə qalmaqallı şəkildə ayrılan futbolçu Mauro İkardi
Məşhur britaniyalı aktrisa Coan Plourayt 95 yaşında vəfat edib.
Donald Tramp və köməkçisi J.D.Vens yanvarın 20-də vəzifəyə başlamazdan
Aktrisa Cessika Alba prodüser həyat yoldaşı Keş Uorrenlə 17 illik evlilik
Qız bürcü qəhvəni işlərinə gətirə biləcəyi dəqiqliyə və diqqətə
Rusiyanın Sverdlovsk vilayətinin İrbit şəhər sakini "Əbədi məşəl
ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp ənənəyə qarşı çıxaraq andiç
Rusiya və İran Cənubi Qafqazda sülhün tərəfdarıdır.
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində hə
İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliy
Hər zaman enerjisi və qeyri-adi paylaşımları ilə seçilən tanınmış fit