“100 min dollar verirdi ki, film yayımlanmasın”
Şou-biznes 18 Yan 2025 08:41:00 96 0
Türkiyədə Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barımla bağlı qalmaqal davam edir.
Bu xəbəri də oxu: Azərbaycanlı müğənni Şövkət Ələkbərovanı TANIMADI VİDEO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə məsələdə pop ulduz Edisin adı hallanır.
Belə ki, Amerikada yaşayan aktrisa və prodüser Cande Perçem Edislə çəkildiyi "Alya" filmi ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
Fotoda Cande Perçem
O bildirib ki, A. Barım ona zəng edərək Edisin filmdə özünü bəyənmədiyini, Türkiyədə yayımlansa, karyerasına pis təsir edəcəyini düşündüyünü və 100 min dollar qarşılığında ekran işini almaq istədiyini deyib. Cande isə bu layihənin 1 milyon dollara başa gəldiyini söyləyib:
"Ayşe Barım mənə zəng edir. Deyir ki, Edis özünü filmdə bəyənməyib, "bu film Türkiyədə yayımlansa, mən bitərəm" deyib. 100 min dollar verim filmi mənə versinlər, heç kəs görməsin. Film təxminən 1 milyon dollara başa gəlib. Bu qədər insanın zəhmətini təhqir edir... Pulun qalmayanda sənə iş verdim və baş rolu oynadın. İki ildən sonra siz layihəni sabote edirsiniz. Ayşe Barım bizə zəng etməzdən əvvəl isə kino distribütoru ilə əlaqə saxlayıb. Kino distribütoru da Barımdan qorxduğu üçün filmi kinoteatrlardan çəkməyə qərar verir. O dərəcə Ayşe Barımdan çox qorxurlar".
Edis isə iddialara sosial şəbəkə hesabından cavab verib.
O, bildirib ki, əsl adı Candeğer olan aktrisanın dedikləri tamamilə yalandır. Pop ulduzun sözlərinə görə, Ayşe heç vaxt onunla çalışmayıb, sadəcə dostu olub.
Həmçinin Candeğerin ona "Xərçəng ananın ölüm xəbərini al" mesajı yazdığını iddia edərək onu məhkəməyə verəcəyini deyib: "Eləcə də yayımladığı videoda mənə qarşı dediyi təhqirlərə görə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edəcəyəm".
Qeyd edək ki, sözügedən filmdə Qonca Vuslateri, Hande Ataizi kimi simalar da çəkilib.
Xatırladaq ki, ölkədə məşhurların çalışdığı "D İletişim" şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.
Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri başlayan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin PR-nın aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.
Məsələ ilə bağlı istintaq başlayıb. "5 milyon dollarlıq reklam eşqi" iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya bu xəbərlərin əsassız olduğu bildirib. Son.az
Yeni il bayramı bitsə də bazarlarda bəzi məhsulların qiymətində artım m
Aktrisa Ülviyyə Xəlinbəyovaya ailəsi haqda sual verilib.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası yanvarın
Şaurma fəst-fud qidalar siyahısına daxildir, amma bəzi insanlar özləri d�
Ermənistan Baş naziri Nikol Paşinyanın Səlcuq İmperiyasının Anadoluya y�
"Fitch Ratings" Azərbaycanın xarici valyutada uzunmüddətli emitent
Mütəxəssislər hansı balıqda daha çox omeqa-3 olduğu müəyyən ediblər.
Kif basmış məhsullar, müxtəlif xəstəliklərə səbəb ola bilər. Kif və
"Kim deyir ki, mən qəpiyə güllə atmışam?".
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
Müğənni Hülya Avşar keçmiş həyat yoldaşı Kaya Çilingiroğlunun yeni s
Qəza sınaqlarının nəticələrinə əsasən "Euro NCAP" təşkilat
Həyatımızın ayrılmaz bir hissəsi olan stress müxtəlif səbəblərdən m
Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən öl�
Bu şəxsi test sizə tam xoşbəxt olmaq üçün nəyin lazım olduğunu anlama