Əmir Teymurun qılıncı: Qacarlar Napoleonu belə ALDATDI
Digərləri 18 Yan 2025 06:06:00 59 0
Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən ölüm gününə qədər yanında olan qılınc yoxa çıxır. Uzun illər bu qılıncı axtarmaq üçün Avropa ölkələrinin xəfiyyələri səyyah qismində Şərqi gəzirlər. Sonuncu dəfə qılınc İrəvan xanı Həsən xan Qacarda olub, sonra Özbəkistanda gizlədilib və Türk Qurtuluş müharibəsi zamanı Atatürkün əlində idi. Bu barədə yazmışıq.
Bu xəbəri də oxu: Rusiyadan İrəvana uçan təyyarə təcili eniş etdi
Bu qılıncı ələ keçirmək istəyənlərdən biri də Napoleon Bonapart olub. Bu qılıncın nə üstünlüyü vardı ki, əsrlərdir onu axtarırdılar?
Rusiya filosofu, arxeoloqu, mədəniyyətşünası, mistiki Nikolay Konstantinoviç Rerix uzun araşdırmalardan sonra yazır: "Əmir Teymur mistik "qara daşa" sahib olub. Əfsanələrə görə, Süleyman peyğəmbərdən sonra bu daş onun əlinə keçib və bu daşdan ona qələbələr gətirən qılınc hazırlanıb".
Qılınc barədə rəvayətlər bütün Şərq və Avropanı bürümüşdü. 1807-ci ildə Fransa imperatoru Tehrana təkcə hərbi qulluqçuların deyil, həm də alimlərin daxil olduğu böyük diplomatik nümayəndə heyəti göndərir. Missiyaya briqada generalı Klod Matye de Qardan rəhbərlik edir.
Digər məsələlərlə yanaşı, danışıqlar zamanı fransızlar Qacar dövlətində saxlanılan Əmir Teymurun qılıncının Napoleona hədiyyə olaraq verilməsini istəyirlər. Bunun əvəzində edilən təklifləri Qacarlar qəbul edir və qılıncı Napoleona bağışlamağa razılaşırlar.
24 yanvar 1808-ci ildə Parisdə çıxan "Journal de l'Empire" qəzetinin müxbiri İstanbulda olarkən yazırdı: "Qacar şahının Fransa imperatoru yanındakı fövqəladə səfiri Əsgər Xan Parisə gəlmək üçün Tehrandan yola çıxıb, özü ilə Fransa sarayına möhtəşəm hədiyyələr gətirir. O, dünyanın ən böyük imperatoruna Əmir Teymurun qılıncını təqdim edəcək".
Əsgər Xan Əfşar bir neçə ay sonra Fransaya gəlir. Səfir Napoleon tərəfindən 4 sentyabr 1808-ci ildə Paris yaxınlığındakı Sen-Klu Şatosunda təntənəli şəkildə qəbul edilir. Dəbdəbəli hədiyyələr arasında iki əfsanəvi qılınc da vardı: birinci qılınc, səfirin dediyinə görə, vaxtilə Əmir Teymurun özünə məxsus idi; ikincisi isə fateh Nadir şah Əfşara.
Napoleon hətta Əmir Teymurun qılıncının tapılması faktını əbədiləşdirmək niyyətində idi, çünki bu hadisə onu Avropa ictimaiyyətinin gözündə Asiyanın əfsanəvi fatehi səviyyəsinə qaldırırdı. İmperator Bastiliya meydanında nəhəng bir fil heykəli ucaltmağı planlaşdırırdı, onun üstündə xalq Bonaparta tarixi yadigar təqdim edən saqqallı Şərq adamını görəcəkdi.
Lakin Qacarlar fransızları aldatdılar. Əsgər Xan Əfşar Parisə heç bir tarixi dəyəri olmayan iki gözəl, nəfis şəkildə hazırlanmış qılınc gətirmişdi. Napoleon özü də sürgündə olarkən etiraf edirdi ki, Qacarlar onu asanlıqla aldada biliblər.
Ömrünün sonunda Napoleonla tez-tez həmsöhbət olan qraf Emmanuel de Las Keys "Müqəddəs Yelenanın xatirəsi" əsərində onunla bu barədə söhbətini belə təsvir edir:
"Mən Böyük Fridrixin qılıncına sahib idim; ispanlar mənə I Fransiskin qılıncını Tuileriyə gətirdilər - və bu, onlar üçün böyük bir qurban idi; türklər və perslər mənə Çingiz xanın, Əmir Teymurun və Şah Nadirin qılınclarını göndərdilər; lakin mən, əlbəttə ki, bu hədiyyələri onların tarixi həqiqətinə inandığımdan daha çox qiymətləndirirdim".
Axar.Az
Bu şəxsi test sizə tam xoşbəxt olmaq üçün nəyin lazım olduğunu anlama
Mütəxəssislərin fikrincə, pişiklərin rəng qavrayışı məhduddur.
"Netflix" onlayn kinoteatrı "Back in Action" adlı döyüş
Navarra Universitetinin mütəxəssisləri bildirirlər ki, pivə, ölçülü ş
ABŞ-nin məşhur "Evdə tək" filmlərindəki "Makkalister"
Rusiya Fələstində müstəqil dövlətin yaradılmasını əhatə edən tam ni
Azərbaycanda Aliment Fondunun yaradılması yubanır. Bununla bağlı bir neç�
"Yeni Dalğa 2024" beynəlxalq musiqi festivalında üçüncü yeri tu
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Tələbat az olsa da, mövsümünə görə qiyməti artıb. Söhbət avtomobil �
Yanvarın 15-də vəfat edən aktrisa Çimnaz Sultanovanın dəfninə həmkarlar
Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi 10 azərbaycanl
İstanbulda saxta spirtli içkilərdən ölənlərin sayı 38-ə yüksəlib.
Bakıda gözəgörünməz varlıqlar kameraya düşüb.