Kamaləddin Qafarov: “20 Yanvar şəhidlərinin xatirəsi daim yaşayacaq”
Digərləri 20 Yan 2025 11:15:00 58 0
"1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı Yanvar qırğını Azərbaycan xalqını eyni zamanda həm keçmiş "Dağlıq Qarabağ"ın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə, həm də özünün dövlət müstəqilliyini bərpa etməyə qalxdığına görə cəzalandırmaq məqsədilə keçmiş sovet imperiyası rəhbərliyinin törətdiyi insanlıq əleyhinə yönəlmiş hərbi cinayətdir".
Bu xəbəri də oxu: 35 il öncənin Bakısı FOTO
Bu fikri 20 Yanvar faciəsi ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Deputat bildirib ki, bu qanlı cinayət öncədən planlaşdırılmışdı və məqsədyönlü şəkildə Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdilər.
"Məhz bu çirkin məqsədlərini yerinə yetirmək üçün 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və "Nasoslu" aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdilər. Azərbaycan xalqı yanvar ayının 19-dan 20-nə keçən gecə şiddətli hərbi təcavüzlə üzləşdi. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən bu gün 35 il keçir. 20 Yanvar hadisələri XX əsrdə xalqımıza qarşı davamlı olaraq həyata keçirilən təcavüzkar siyasətin ən bariz təzahürlərindən biri idi".
K.Qafarov fikirlərini davam edərək bildirib ki, keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir:
"Həmin vaxt fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilmədi. 1990-cı ilin yanvar ayının 20-nə keçən gecə SSRİ-nin o dövrki rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə, ağır texnikadan və iriçaplı silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirmişlər. Nəticədə təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi" vardır. Hər zaman olduğu kimi, millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə də ilk olaraq qəti etirazını bildirmiş, bu qanlı cinayətə siyasi qiymət verərək, hətta imperiyanın mərkəzində olmasına rəğmən SSRİ rəhbərliyini ittiham etməkdən belə çəkinməmişdir. Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı təcavüzə kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi. 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının mübarizə salnaməsində bu millətin yenilməzliyini və mətinliyini nümayiş etdirən qürur doğuran bir səhifə oldu. Məhz bu hadisədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını tamamilə itirdi".
K.Qafarov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə 1994-cü ildə hüquqi-siyasi qiymət verildiyini vurğulayaraq deyib:
"Xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərliyə gəlişindən Heydər Əliyev həmin dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə yaxından məşğul oldu. Görülən işlər nəticəsində tezliklə bütün həqiqətlər üzə çıxdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Bundan 4 il sonra, 1994-cü ilin mart ayının 29-da yenə də Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Respublikasının Milli Məclisi "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Milli Məclisin həmin qərarında qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün zəruri sosial müdafiə sistemi formalaşıb. Azərbaycan xalqı doğma Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq".
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasimindən bir ne
Bugünkü texnologiyanın sürətli inkişafı ilə bir çox insan köhnəlmiş
Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir
Bakıda söküntü işləri ardıcıllıqla davam edir.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan yeni hökumət
21 və 22 yanvarda Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyas
"Çində aşkar edilən mutasiyaya uğramış meymunçiçəyi virusu tənə
ABŞ-ın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü il�
Türkiyə Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə
Yanvar müasir Azərbaycan tarixinə həm xalqımızın qəhrəmanlıq nümunəs
"Öləndən sonra nələr baş verir?" sualı tarix boyu həmişə mar
Qəzzada azad edilən girovlara Fələstinin HƏMAS hərəkatının suvenirləri
1923-cü ildə bir kometa Yerdən çox yaxın məsafədən keçdi. Finlandiyada
2024-cü il ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp bu gün an