Eritreyada saxlanılan gəmilərimizin aqibəti necə oldu? AÇIQLAMA
Siyasət 20 Yan 2025 13:35:00 60 0
Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə danışıqlar davam edir.
Bu xəbəri də oxu: Ötən il Ermənistana birtərəfli dəstək faktlarını gördük XİN rəhbəri
Trend xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, Eriteriya ilə danışıqlar Ankara və Moskva səfirlikləri, Nyu-York nümayəndəliyi vasitəsilə davam edir.
"Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərlə bağlı ilk məlumat daxil olan kimi Xarici İşlər Nazirliyi hərəkətə keçdi. Azərbaycanın Eritreyada diplomatik təmsilçiliyi yoxdur. Ancaq əlaqləndirilmiş şəkildə Xarici İşlər Nazirliyi aidiyyatı qurumlarla faəliyyətdədir. Qarşı tərəflərlə danışıqlar davam edir. Son həftələr ərzində danışıqlarda müsbət dinamika görülür", - Nazir bildirib.
Qeyd edək ki, 7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.
keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.
ABŞ və Ermənistan arasında olan münasibətləri xüsusi olaraq şərh etmə
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başladığı ilk g
Serbiyanın paytaxtı Belqradda qocalar evində yanğın baş verib.
Su xəttində aparılacaq kompleks təmir işləri ilə bağllı 21-23 yanvar ta
Bakıda şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aydır itkin düşüb.
Azərbaycan və Ermənistan XİN başçıları daha çox sülh danışıqları a
Sabah Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu ol
Çalışacağıq ki, ilkin nəticələri yanvarın 29-u axşam və ya ayın 30-u
20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri
Qəhvə bütün dünyada insanların sevimli içkisidir. Bəzi şəxslər üyüd
Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin n�
"Yeşilçam"ın əfsanəvi aktyoru, 75 yaşlı Kadir İnanır uzun m�
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı 16096 nəf�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında
Aparılan araşdırmalar nəticəsində dünyanın ən sağlam qidaları müəyy