Səmayənin ölümü 3cü dəfə araşdırılacaq


Kriminal 07 Sen 2023 11:47:00 279 0

Səmayənin ölümü 3cü dəfə araşdırılacaq

İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş 3-cü dəfə araşdırılacaq.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Samir Zeynalov məlumat yayıb.

O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinin icraatına xitam verilməsi ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 2-ci qərarı da ləğv edilib.

Belə ki, ötən il Sabirabad Rayon Prokurorluğu cinayət işinin dayandırılması ilə bağlı qərarı ləğv edib və iş yenidən Sabirabad Rayon Prokurorluğuna qaytarılıb. Bu ilin 5 aprel tarixində Sabirabad Rayon Prokurorluğu Səmayə Zeynalovanın intihar etməsinin səbəbi kimi onun intihardan öncə "depressiya"da olması qənaətinə gəlib və bununla da cinayət işi üzrə icraata növbəti dəfə xitam verilib. Xitam qərarına baxan Sabirabad Rayon Məhkəməsi istintaqın qərarını bu dəfə qüvvədə saxlayıb.

Bundan sonra S.Zeynalovanın ailəsi rayon məhkəməsinin 17 avqust tarixli qərarından Şirvan Apellyasiya Məhkəməsinə şikayət verib. Apellyasiya instansiyası rayon məhkəməsinin qərarını ləğv edərək S.Zeynalovanın ölümü ilə bağlı işin yenidən araşdırılması ilə bağlı qərar verib.

Beləliklə, gənc qızın müəmmalı ölümü Sabirabad Rayon Prokurorluğunda 3-cü dəfə araşdırılacaq.

Qeyd edək ki, S.Zeynalovanın yaxınları işin artıq rayonda deyil, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırılmasını tələb edir. Ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib. Son.az

Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq like
  • 07 Sen 11:38  
Digərləri Payız fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​

arrow Ətraflı
Afaq Gəncəliyə ad günü sürprizi  VİDEO like
  • 07 Sen 11:36  
Şou-biznes Afaq Gəncəliyə ad günü sürprizi VİDEO

Tanınmış aparıcı Afaq Gəncəliyə doğum günü sürprizi edilib.

arrow Ətraflı
Arif Babayev vəzifəsindən getdi  Yerinə o təyin edildi like
  • 07 Sen 11:35  
Şou-biznes Arif Babayev vəzifəsindən getdi Yerinə o təyin edildi

Xalq artisti Mənsum İbrahimova vəzifə verilib. Son.az bizim.media-ya isti

arrow Ətraflı
Zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu  Türkiyə DİN rəhbəri like
  • 07 Sen 11:25  
Digərləri Zəlzələ baş verəndə ilk köməyə gələn qardaşlarımız oldu Türkiyə DİN rəhbəri

Türk dövlətləri təşkilatı qardaşlıq hüququna dayanan bir təşkilatdı

arrow Ətraflı
Binəqədidə YAP fəalları ilə görüş keçirilib like
  • 07 Sen 11:20  
Digərləri Binəqədidə YAP fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsm

arrow Ətraflı
Bakıda daha bir beynəlxalq konfrans keçirilir like
  • 07 Sen 10:53  
Digərləri Bakıda daha bir beynəlxalq konfrans keçirilir

Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəs

arrow Ətraflı
20 yaşlı tələbə qəfil öldü  FOTO like
  • 07 Sen 10:52  
Digərləri 20 yaşlı tələbə qəfil öldü FOTO

Türkiyədə 20 yaşlı tələbə qızın evdən cansız bədəni tapılıb.

arrow Ətraflı
Metroda kartla ödəniş ləğv edilir?  AÇIQLAMA like
  • 07 Sen 10:30  
Digərləri Metroda kartla ödəniş ləğv edilir? AÇIQLAMA

Dünəndən etibarən "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi

arrow Ətraflı
Bakıda TDT nazirlərinin iclası keçirilir like
  • 07 Sen 10:24  
Digərləri Bakıda TDT nazirlərinin iclası keçirilir

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda

arrow Ətraflı
"İranda repressiyalar güclənib, yeni etirazlar başlayır" like
  • 07 Sen 10:19  
Digərləri "İranda repressiyalar güclənib, yeni etirazlar başlayır"

İranda bəzi təşkilatlar hakimiyyətin tətbiq etdiyi hicab qaydalarını poz

arrow Ətraflı
Ermənilər səngər qazmaq istədi, like
  • 07 Sen 10:09  
Siyasət Ermənilər səngər qazmaq istədi,

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin

arrow Ətraflı
Özündən 23 yaş kiçik model öpüşərkən görüntüləndi like
  • 07 Sen 10:08  
Şou-biznes Özündən 23 yaş kiçik model öpüşərkən görüntüləndi

Məşhur aktyor Leonardo Di Kaprio və italyalı model Vittoria Ceretti İbizada

arrow Ətraflı
Leysan nəticəsində İsmayıllıLahıc yolu bağlanıb like
  • 07 Sen 09:59  
Digərləri Leysan nəticəsində İsmayıllıLahıc yolu bağlanıb

Dünən gecə saatlarında güclü külək və leysan yağışı nəticəsində

arrow Ətraflı