Bakıda Yeni il gecəsi anasına görə 2 nəfəri ÖLDÜRDÜ NAMUS İŞİ FOTO
Kriminal 18 Yan 2025 16:51:00 72 0
CİNAYƏT İŞİ
Bu xəbəri də oxu: Saatlıda 2 nəfər saxlanıldı
Qısa arayış...
2023-cü il dekabrın 31-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Baxış keçirilərkən məlum olur ki, hadisə Biləcəri qəsəbəsi, Dəmiryolu Stansiyasının ərazisində yerləşən kafedə baş verib. Obyektin giriş qapısı ilə üzbəüz, küçədə Ramil Səfərovun, kafenin qarşısında dayanmış Təcili Tibbi Yardım avtomobilində isə xərəyin üzərində Namiq Orucovun meyitləri aşkar edilib.
Cinayəti törədən Qax rayon sakini, əvvəllər məhkum olunmayan 2001-ci il təvəllüdlü Arif Bəhərçiyev saxlanılıb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Namiq Orucov 2000-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin hökmü ilə CM-nin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2015-ci ildə Qax rayon Məhkəməsinin hökmü ilə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub. Ramil Səfərov 2018-ci ildə Binəqədi rayon Məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 4.000 manat cərimə cəzasına məhkum olunub.
Lent.az Yeni il gecəsi baş verən qətlin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, Arif Bəhərçiyev dekabrın 31-i saat 23 radələrində Biləcəri Dəmiryolu Stansiyasının ərazisində, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri kafedə, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar obyektdə olan şəxslərlə bir qədər spirtli içki qəbul edib. Uzaq qohumları Namiq Orucovun kafenin həyətyanı sahəsində, manqalın yanında anası ilə söhbət etdiyini görüb. Atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması üçün anasını içəri çağıranda, qadın ona məhəl qoymayıb. Buna görə o, yaxınlaşaraq anasının saçından tutub və onu arxaya itələyib. Mübahisə etdiklərindən xəbər tutan atasının təkidi ilə kafenin digər zalına keçib. Əsəbindən pivə bokalını yerə çırpıb sındırıb. Atası ilə mətbəxdə uca səslə danışanda, anası ona sakitləşməsini və səs-küy salmamasını deyib. Buna baxmayaraq o, daha da azğınlaşaraq, müştərilərin və işçilərin gözləri qarşısında nalayiq ifadələr işlədib və yenidən qadına əl atıb. Həmin vaxt içəri daxil olan Namiq Orucov ona irad bildirərək, anasını buraxmasını və xuliqanlıq hərəkətlərini dayandırmasını tələb edib.
Arif Namiqin hərəkətindən daha da qəzəblənib. Anası ilə Namiqin bir-birini müdafiə etməsini, aralarında sevgi münasibətləri olmasına dair şübhələrini daha da artırıb. Masanın üzərindən bıçağı götürüb, üzərinə getdikdə Namiq Orucov qorxub, kafedən çölə qaçmaq istəyib. Arif giriş qapısının yanında çatıb, onunla əlbəyaxa olub, əsaslı səbəb olmadan Orucovun qarın nahiyəsinə bıçaqla bir dəfə zərbə vurub. Yaralanan Namiq Orucov bir təhər kafedən küçəyə qaçıb. Arxasınca gedib, niyyətini tamamlamaqdan ötrü ona xəsarətlər yetirib. Ramil Səfərov mane olmağa çalışanda, eyni bıçaqla döş qəfəsinə zərbə endirib. Arif yenə də Namiq Orucovun arxasınca qaçaraq, onun bir qədər kənarda yerdə yıxılıb hərəkətsiz vəiyyətdə qaldığını görüb. Nəticədə Namiq və Ramil aldıqları xəsarətlərdən ölüblər.
Məhkəmə iclasında Arif Bəhərçiyev ittiham üzrə özünü qismən (və yaxud tam) təqsirli bilib. Bildirib ki, uzaq qohumları Namiq Orucov onlara kafeni işlətməkdə köməklik edib və müqabilində müəyyən məbləğdə pul alıb:
"Axırıncı məhkumluğumla bağlı ayağımda elektron qolbaq vardı. Dekabrın 30-da axşam təsadüfən anamın mobil telefonunda Namiq Orucovla aralarında olan yazışmalarını gördüm. Ayın 31-də Yeni il bayramı ilə əlaqədar kafedə iş çox idi. Fürsətdən istifadə edərək Namiqi kənara çəkib, onunla söhbət etməyə başladım. Ona aralarındakı intim münasibətdən xəbərim olmasını bildirərək, növbəti addımların nədən ibarət olacağını soruşdum. Namiq mənə yanvarın 2-də Bakını ya həmişəlik, ya da uzun müddətlik tərk edəcəyini dedi. Namiq Orucovun Elgün, Ramal, Vüqar və Vüsal adlı şəxslərə külli miqdarda pul borcu vardı. Kafemizi öz obyekti kimi təqdim etdiyindən həmin şəxslər vaxt aşırı gələrək, məni və ailə üzvlərimi təhdid edirdilər. Axşam saatlarında anamın atamın çağırışına məhəl qoymayaraq Namiq Orucovun yanında dayanması qəzəbimə səbəb oldu.
Bıçaqla çörək doğrayan zaman Namiq yanıma gələrək, məni təhqir etməyə başladı. Dəfələrlə onu xəbərdar etməsinə baxmayaraq, məndən əl çəkmədi. Kafenin girişində bıçaqla ona bir zərbə vurdum. Bundan sonra, Namiq dərhal ordan uzaqlaşdı. İçəri girəndən bir neçə saniyə sonra Namiqin vəziyyətini öyrənmək məqsədilə yenidən çölə çıxdım. Birdən kimsə arxadan boynumu və qollarımı bərk sıxaraq, tutdu. Baş verənləri anlamaq məqsədilə çevriləndə Ramil Səfərov tərəfindən tutulduğumu gördüm. Məni buraxmasını xahiş etdim, itələdikdən sonra tanışım yerə yıxıldı. Onun yıxılmasına həmin an önəm vermədim. Namiqə çatan zaman o, artıq kafedən 20-30 metr aralanmışdı. Gözlərimin qarşısında aldığı bıçaq zərbəsinin təsirindən, halsızlaşaraq yerə yıxıldı. Qışqıraraq, ətrafdakı insanları köməyə çağırdım, Təcili Yardıma zəng etmələrini xahiş etdim. Köynəyimi və gödəkçəmi çıxarıb Namiqin üzərinə sərdim. Yaxınlıqda yerləşən xətt polis şöbəsinin əməkdaşlarını çağırdım".
İtaliyada xorvatiyalı cibgir 150-ci dəfə tutulsa da, əvvəlki kimi yenidən
Müğənni Şəbnəm Tovuzlu iddialı açıqlama verib.
ABŞ Prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna yaxın Ağ Evdə ə
ABŞ Ali Məhkəməsi Çin sosial media platforması TikTok-un ölkədə qad
Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə hansı ətirə üstünl
Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunm
Yaşıl Taxta İlan ili çoxları üçün zəngin və gözlənilməz olacağın�
Türkiyənin Ankara şəhərində genetik mutasiya nəticəsində 4 qulağı ola
Bu gün Tehranın Ərk meydanında güllələnən İran Ali Məhkəməsi hakiml�
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbra
Gözlərinizin yorulduğunu hiss etdiyiniz zaman gərginliyi aradan qaldırmağ�
Biz hazırda Suriyaya müxtəlif istiqamətlərdə yardımlar təklif edirik.
Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kreml sarayına gələn
İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb.