Prokuror tiktoker Zeynəbə ağır cəza istədi
Kriminal 17 Yan 2025 17:30:00 129 0
Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.
Son.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Proses 23 yanvar tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.
Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib. /Lent.az
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dini qurumlara maliyyə yardı

Son.az bildirir ki, yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti

Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova f

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov araşdırdığı

Dövlət Uşaq Filarmoniyasında Şarl Perronun "Qırmızı Papaq" na�

Azərbaycan-Gürcüstan münasibətlərinin iqtisadi aspekti də çox vacibdir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze partiyasının parlament seçkilər

ABŞ Prezidenti Co Bayden 2019-cu ildə Suriya ilə bağlı verdiyi sərəncam�

Ölkənin aparıcı İKT şirkəti "Azerconnect Group" nüfuzlu "

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətb

Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm

Azərbaycanda ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların s

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şər

Türk kinosunun əfsanəvi filmi "Zübük" yenidən çəkiləcək.
