Kəlbəcərə əhalinin köçürüləcəyi vaxt açıqlandı
Digərləri 07 Sen 2023 11:49:00 328 0
Kəlbəcərdə 2022-ci ildə yaşayış məntəqələri üzrə 983,71 hektar ərazi minalardan təmizlənib.
Bu xəbəri də oxu: Sutkada 8 saat yatmayan 20 ilə bu hala qalacaq FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
O qeyd edib ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, 2023-cü ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1105,19 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub.
"Cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1 faiz) ərazinin minalardan təmizlənməsi həyata keçirilib. Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə 1115, 2025-ci ildə 725, 2026-cı ildə 1610 evin inşası həyata keçiriləcək. Bütövlükdə tikiləcək evlərə ilki 2024-cü ildə olmaqla, Kəlbəcər şəhərinə 5268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12534 nəfər əhalinin köçürülməsi planlaşdırılır", - deyə o əlavə edib.
Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilir. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır. Son.az
İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın öl�
Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.
Tanınmış aparıcı Afaq Gəncəliyə doğum günü sürprizi edilib.
Xalq artisti Mənsum İbrahimova vəzifə verilib. Son.az bizim.media-ya isti
Türk dövlətləri təşkilatı qardaşlıq hüququna dayanan bir təşkilatdı
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsm
Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəs
Türkiyədə 20 yaşlı tələbə qızın evdən cansız bədəni tapılıb.
Dünəndən etibarən "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda
İranda bəzi təşkilatlar hakimiyyətin tətbiq etdiyi hicab qaydalarını poz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk
Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin
Məşhur aktyor Leonardo Di Kaprio və italyalı model Vittoria Ceretti İbizada
Dünən gecə saatlarında güclü külək və leysan yağışı nəticəsində