Paşinyan sülhdən göyə qədər uzaqlaşır
Siyasət 23 Avq 2023 17:32:00 382 0
Ermənistanın BMT Təhlükəsizlik Şurasındakı Laçın yolunda vəziyyətə dair iclasının nəticələri ilə bağlı uğursuzluğundan sonra Nikol Paşinyan diqqəti yayındırmaq, erməni ictimaiyyətinin fikrini fərqli proseslərə cəlb etmək üçün yeni plan düşünüb. Amma bu da rəsmi İrəvanın digər təxribatyönlü planlarından heç də geri qalmır. Başına gələn başmaqçı olsa da, görünür Ermənistan hakimiyyəti başmaqçı olmağın heç cürə öhdəsindən gələ bilmir.
Bu xəbəri də oxu: Prezident 2025ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı paylaşım edib FOTO
BMT-də növbəti dəfə gözləntiləri suya düşən Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, hər bu cür uğursuzluq onun kürsüsünün daha çox laxlamasına gətirib çıxarırır. Hadisələrin bu cür inkişafı təbii ki, cəmiyyətdə anti-Paşinyan, antihökumət çağırışların artması ilə nəticələnir. Manevrlər edərək cəmiyyəti özünə inandırmaq qabiliyyəti ilə seçilən Paşinyan bu dəfə də çıxış yolunu tapdığını düşünür. Ermənistan baş naziri yenidən populist addımlar atmaq qərarına gəlib. Belə ki, baş nazir Qafana səfər edərək bütün diqqəti yenidən Azərbaycanla şərti sərhəddəki proseslərə cəmlədi. Təyyarə ilə İrəvandan Qafan aeroportuna gələn Paşinyan Qafan-İrəvan daxili reyslərinin açılması ilə bağlı tapşırıqlarını da verdi.
Görünür Nikol Paşinyan bu zamana kimi Azərbaycana qarşı uğursuzluqlarını bu planı ilə sığortalamaq istəyir. O, İrəvan-Qafan daxili reyslərini təşkil etməklə hava limanının delimitasiya olunmamış şərti sərhəd xəttinə yaxın yerləşməsini böyük ehtimalla düşünüb. Bununla da erməni baş nazir delimitasiya prosesinə təsir göstərib, iki ölkə arasında sülhə mane olmaq üçün aeroport məsələsindən rıçaq kimi istifadə etmək barədə düşünmüş ola bilər.
Hava limanının Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəd xəttinin bir neçə metr yaxınlığında yerləşdiyini hətta Avropa İttifaqının Ermənistandakı "mülki missiyası" da çox yaxşı bilir. Hava limanın və onun uçuş zolağının delimitasiya olunmamış sərhəd xəttininin yaxınlığında olması onun istismarının iki dövlət arasında sərhədin delimitasiya və sonrakı demarkasiyası ilə şərtləndirilməsini labüd edir.
Bunu Ermənistan tərəfi elə bir vaxtda həyata keçirməyi düşünür ki, hər iki ölkə arasında müvafiq komissiyalar xətti ilə dövlət sərhədinin delimitasiyası prosesinin fəaliyyətini bərpa etməsi bu gün-sabahlıqdır. Bununla da rəsmi İrəvan bu prosesdə irəliləyişin olmadığı, sərhədin delimitasiyası üçün əsasların müəyyən edilmədiyi görüntüsünü daha da dərinləşdirmək məqsədi güdür. İstisna edilmir ki, şərti sərhəd xəttinin olduqca yaxınında hava limanı kimi bir infrastrukturun istifadəyə verilməsi delimitasiya prosesinin nəticəsini əvvəlcədən müəyyən etməyə hesablanıb. Lakin bu addım istər beynəlxalq hüquq, istərsə də Azərbaycanın qanunvericiliyi aspektindən tamamilə ziddir, qəbuledilməzdir.
Bu məqamda digər nüansı da diqqətdən kənar qoymaq olmaz. Belə ki, Qafan hava limanında eniş edən və havaya qalxan Ermənistana məxsus təyyarələr faktiki olaraq Azərbaycanla şərti sərhədin 200-300 metrliyində uçuşlar həyata keçirməsidir. Nəzərə alınsa ki, hazırda hələ də iki ölkə arasında hərbi vəziyyətin mövcuddur və Ermənistan tərəfi demək olar ki, gündə bir neçə dəfə mövqelərimizi müxtəlif istiqamətlərdə atəşə tuturlar, o zaman rəsmi İrəvanın belə bir qərar verməsi Azərbaycana qarşı növbəti təxribatyönlü addım atmaqdan başqa bir şey deyil. Çünkü şərti sərhəd xəttində silahlı qüvvələrin və hərbi texnikanın yerləşdirildiyi bir məqamda, mülki uçuşların birtərəfli qaydada həyata keçirilməsi bu sahədə mövcud olan beynəlxalq praktikaya da tamamilə zidd hesab edilir və bu addım Azərbaycanın mövqeləri ilə bağlı Ermənistanın müəyyən məxfi informasiyaları əldə etmək sarıdan da olduqca təhlükəli qərar hesab edilə bilər.
Beynəlxalq praktikada bu məsələyə olduqca həssaslıq yanaşılır. Başqa-başqa dövlətlər bu cür situasiyalarla qarşı-qarşı qalmamaq üçün hava gəmilərinin hərbi obyektlər və sərhədlər üzərindən uçuş üçün minimal məsafə və minimal hündürlük müəyyən edirlər. Buna misal olaraq ABŞ-ı göstərmək olar. Belə ki, Amerikanın qaydalarına əsasən onun sərhədinə yaxınlaşan təyyarələr minimum 2000 fut (600m) hündürlükdən uçmalıdır. Bu baxımdan, iki dövlətin bir-birinə qarşı açılmış döyüş birləşmələrinin olduğu hərbi əməliyyat zonasında bir tərəfin hava gəmisinin alçaqdan uçması, orada yerləşən hava limanına yaxınlaşması və enişi qarşı tərəf üçün hərbi risk doğurur. Bu prakrikanı nəzərə alsaq, çox rahatlıqla demək olar ki, zərrə qədər də istisna edilmir ki, Ermənistan Qafan hava limanından Azərbaycana qarşı hərbi məqsədlər üçün istifadə edəcək.
Ortada bu cür detallardan danışıldığı bir vaxtda Ermənistan tərəfinin ölkə sərhədlərimizin bir neçə metrliyində təyyarə uçurtması Azərbaycana təhlükə vəd etdiyi üçün bu prosesin davamlı hal olması Bakının maraqlarına qarşı çıxmaqdır. Ona görə ki, nəzərə alınmalıdır ki, mülki aviasiya sahəsində münasibətləri tənzimləyən Çikaqo konvensiyası daxil olmaqla, bütün beynəlxalq sənədlər tərəf dövlətlər arasında əməkdaşlıq, qarşılıqlı etimad və tanınma üzərində qurulub. Ermənistanın birtərəfli şəkildə belə bir qərar verməsi beynəlxalq konvensiyalara zidd olduğu halda, heç kim Azərbaycanı təhlükəsizliyinə yaranacaq istənilən təhdid, təhlükəni önləmək məqsədi ilə atacağı addımlara görə qınaq obyektinə çevirə bilməz. Çünkü hal-qəziyyə ortada, ortada Nikol Paşinyanın bununla bağlı açıq təxribatyönlü bəyanatı da var.
İndi yaxşı olar ki, Ermənistan siyasi hakimiyyəti aidiyyəti dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı əsasında baş tutan bu cür nümunələrə nəzərə salıb, qərarına yenidən baxsın. Əks təqdirdə Ermənistana nəyinki səmadan, quru sərhədlərindən də Azərbaycana baxmaq imkanları məhdudlaşacaq. Bunun üçün Azərbaycanın bütün imkanları mövcuddur və öz təhlükəsizliyini təmin etməyi geridə qalan 3 il ərzində nəyinki Ermənistana, hətta onun havadarlarına da dəfələrlə isbatlayıb.
Təhməz Əsədov TREND
İran Ermənistana silah və dron ötürərək onu Azərbaycanla qarşıdurmaya
Məşhur reper Timati Rusiyadakı "Domino's Pizza" şəbəkəsin
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci
6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizə dava
2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin Mersin limanı 23 milyon 699 m
Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti SOCAR AQŞ-ni
Türkiyəli aktyor, aparıcı İbrahim Selim yeni eşq yaşayır.
Qərbi Azərbaycan İcması Lüksemburqun xarici işlər nazirinin Azərbaycana
Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə "Təsir Dairəsi&quo
Çonqar və Geniçeskdəki körpülərinə güclü zərbələrdən sonra ruslar
Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən 1969-cu il t�
Yerin unikal olmadığını insanlar çoxdan təxmin edirdilər.
Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad ray
"Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna val
Dünyaca məşhur müğənni Britni Spirsin qalmaqallı boşanma prosesi ilə ba