Həkim uşaqlarda qidalanma pozğunluğunun səbəblərini açıqlayıb
Digərləri 23 Avq 2023 14:36:00 353 0
"Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna valideynlərin onlar üçün seçdiyi qida təsir edir".
Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı nutrisioloq və tibbi psixoloq İrina Mansurova uşaqlarda qidalanma pozğunluğunun səbəbləri barədə danışarkən bildirib.
O qeyd edib ki, uşaqların qidalanmasının təşkilinə yanlış yanaşma onların qida davranışına mənfi təsir göstərə bilər və hətta qidalanma pozğunluqlarına səbəb ola bilər.
Belə ki, körpəlikdə, xüsusilə də həddən artıq qorumağa meyilli olan narahat analar, uşağı əmizdirərək sakitləşdirməyə çalışırlar.
"Qışqıran kimi ona yemək təklif edirlər və bu da hər gün təkrarlanır. Belə hallarda uşaqda qidalanma rejimi olmur. Onda şüur altı səviyyədə stressli vəziyyətləri "yeyib ötüşdürmək" vərdişi formalaşır" - deyə, nutrisioloq bildirib.
Bundan əlavə, valideynlər uşaqları şirniyyatlarla həvəsləndirməməli və mükafatlandırmamalıdırlar. Mansurovanın sözlərinə görə, bu həmçinin qida vərdişlərini təhrif edir. Daha sonra belə insanlar sakitləşmək, emosional və psixoloji narahatlığı doldurmaq üçün şirniyyat yeyirlər.
"Bəzi insanlar qidanın köməyi ilə daxili boşluğu dolduraraq, təhlükəsizlik, sevgi və məmnunluq hisslərini yaşamağa, bəziləri isə bu yolla mənfi emosiya və hissləri boğmağa çalışırlar. Problemlər o zaman başlayır ki, insanlar dəstəyi öz daxilində axtarmaq əvəzinə, onu yeməkdə və onunla əlaqəli hər şeydə tapmağa öyrəşirlər" - deyə, nutrisioloq əlavə edib.
Mütəxəssis vurğulayıb ki, qidalanma pozuntularına qalib gəlmək üçün onun əsas səbəbi ilə mübarizə aparmaq, həmçinin daxili psixoloji dəstək yaratmaq lazımdır.
Daha əvvəl psixoloq qeyd edib ki, qidalanma pozğunluqları çəki artımının ən çox rast gəlinən səbəbidir.
Son.az
Dünyaca məşhur müğənni Britni Spirsin qalmaqallı boşanma prosesi ilə ba
Azərbaycanın "Agrarco" MMC şirkəti ilə Özbəkistanın Kənd Təs
Türkiyə İraqla neft axınının yenidən başlaması üçün şərtlərini a�
Kinematoqrafiya həm adi tamaşaçılar, həm də peşəkar tənqidçilər tər�
İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan Qarabağın erməni �
Əməkdar artist Könül Kərimova da bir çox həmkarları kimi Türkiyəyə t�
Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanı və
Ukrayna bu gecə Rusiyanın 11 ədəd "Shahed" PUA-sını məhv edib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşı Abb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçi
Zaqatala şəhərindən keçən çaya axıdılan kanalizasiya suları sakinləri
Bu gün Xankəndi-Gorus istiqamətində Laçın postundan erməni əsilli şəxs
Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 23-də Azərbaycan Respubli
ABŞ Ukraynanı Rusiyaya hücuma təşviq etmir və ya buna şərait yaratmır.
Bu ilin birinci yarısında "Unibank"ın dövlət vəsaitli ipoteka kr