Bütün bəşəriyyət üçün yeni ev Barnard ulduzunun sirri
Digərləri 23 Avq 2023 14:58:00 367 0
Yerin unikal olmadığını insanlar çoxdan təxmin edirdilər.
Bu xəbəri də oxu: Bakıda müalicəsi davam edən aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək
Son.az oxu.az-a istinadən bildirir ki, hələ qədim yunan filosofu Epikur dostu Herodota məktubda belə yazıb: "Dünyalar sonsuz saydadır, onlar həm bu dünyamıza bənzəyir, həm də ondan fərqlidir".
Bu isə, yeri gəlmişkən, eramızdan əvvəl IV-III əsrlərə aiddir. Sonralar digər mütəfəkkirlər də oxşar fikirlər bildiriblər, lakin onları sübut etmək mümkün olmayıb - həmin vaxt hələ teleskop icad edilməmişdi.
Alimlər yalnız 19-cu əsrdə aktiv şəkildə ekzoplanetləri axtarmağa başlayıblar. Həmin vaxt onlar artıq göy cisimlərinin bir-birinə necə təsir etdiyini bilirdilər. Astronomlar teleskoplar vasitəsilə ulduzların səmada hərəkətində qəribəlikləri görə biləcəklərini ümid edirdilər.
Həqiqətən də onu tapmaq mümkün oldu. Lakin ekzoplanetlərin bununla heç bir əlaqəsi yox idi - hərəkət trayektoriyasına adi gözlə görünməyən çox tutqun kompanyon ulduzlar təsir edirdi. Daha sonralar onları ağ cırtdanlar adlandırdılar. Planetlərə gəlincə, onların ulduzların hərəkətinə təsiri o qədər zəif idi ki, o dövrün teleskoplarında bunu müşahidə etmək mümkün deyildi.
XIX əsr alimlərinin əldə edə bilmədiklərini onların XX əsrdəki həmkarları etməyə çalışdılar. Astronom Piter van de Kampın hekayəsi daha çox məhşurdur.
O, elmi karyerasının əsas hissəsini Barnard Ulduzunun - Yerdən cəmi 5,96 işıq ili məsafəsində yerləşən "Ophiuchus" bürcündə qırmızı cırtdanın tədqiqinə həsr edib. Astronom hesab edirdi ki, bu az kütləli - Günəşdən təxminən 6-7 dəfə yüngül olan ulduz digər göy cisimlərinin təsiri altında öz trayektoriyasını nəzərəçarpacaq dərəcədə dəyişəcək.
1960-cı illərin sonlarında alim əvvəlcə birinci, sonra isə ikinci ekzoplanetin kəşfinə həqiqətən də müvəffəq olduğunu elan edib. Onun hesablamalarına görə, bunlar Yupiterin kütləsinin 0,7 və 0,5 təşkil edən qaz nəhəngləri idi.
Təəssüf ki, van de Kamp yanılıb - onun "tapdığı" planetlər mövcud deyil. Astronomun qaz nəhənglərinin varlığı ilə əlaqələndirdiyi ulduzun "yerdəyişməsinə" teleskopun işindəki səhvlər səbəb olub. Cihaz hər dəfə texniki xidmətə və təkmilləşdirməyə göndərilərkən şəkillərdə xətalar yaradırdı.
Daha irəliyə baxsaq, deyə bilərik ki, astronomlar hələ də Barnard ulduzunun yaxınlığında planet tapmaq ümidlərini itirməyiblər. 2018-ci ilin sonunda beynəlxalq alimlər qrupu yeni kəşf haqqında məlumat verib. Düzdür, bu, van de Kampın bildirdiyi qaz nəhəngi deyil, Yerə bənzər, Yerin kütləsinin təxminən 3,2 təşkil edən planet idi. Bununla belə, bu kəşfin taleyi elə də yaxşı olmayıb - artıq üç il sonra onun etibarlılığı başqa bir elmi qrup tərəfindən təkzib edilib. Belə ki, Barnardın ulduzunun planetlərinin olub-olmaması hələ də məlum deyil.
Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad ray
"Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna val
Dünyaca məşhur müğənni Britni Spirsin qalmaqallı boşanma prosesi ilə ba
Azərbaycanın "Agrarco" MMC şirkəti ilə Özbəkistanın Kənd Təs
Türkiyə İraqla neft axınının yenidən başlaması üçün şərtlərini a�
Kinematoqrafiya həm adi tamaşaçılar, həm də peşəkar tənqidçilər tər�
İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan Qarabağın erməni �
Əməkdar artist Könül Kərimova da bir çox həmkarları kimi Türkiyəyə t�
Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanı və
Ukrayna bu gecə Rusiyanın 11 ədəd "Shahed" PUA-sını məhv edib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşı Abb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçi
Zaqatala şəhərindən keçən çaya axıdılan kanalizasiya suları sakinləri
Bu gün Xankəndi-Gorus istiqamətində Laçın postundan erməni əsilli şəxs
Son.az AZƏRTAC-a istinadən bildirir ki, avqustun 23-də Azərbaycan Respubli