Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?”
Şou-biznes 23 Avq 2023 15:20:00 353 0
Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə "Təsir Dairəsi" ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaşa sərt mesajlar yollayıb.
Bu xəbəri də oxu: "Anam xəstə oldu, atam getdi başqası ilə evləndi"
Son.az bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Gəl danış" ictimai-sosial proqramda "kürəkəni", türk vətəndaşı Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmə çəkişməsindən danışıb.
Cavanşir bildirib ki, sözügedən məsələni verilişində işıqlandıran Lalə proqram boyunca Mustafanı müdafiə edib. Aparıcının "Verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm" sözlərinə Məmmədovun cavab reaksiyası belə olub:
"Təsir dairəsi" ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, bu adam ("kürəkəni" iş adamı Kemal Mustafa İbilini nəzərdə tutur - red.) efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn mən verilişdə filankəslə danışıram həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş - red.) televiziya məkanını sirkə bənzədirsən. Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. "Xəzər" televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyir ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Deyir ki, Kemal Mustafaya dələduz deməyin. Niyə o "peyğəmbər"dir ki? Dələduz bəs kimə deyilir?".
Qeyd edək ki, Mustafa İbili həmin verilişə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.
Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Son.az
Çonqar və Geniçeskdəki körpülərinə güclü zərbələrdən sonra ruslar
Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən 1969-cu il t�
Yerin unikal olmadığını insanlar çoxdan təxmin edirdilər.
Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad ray
"Qida vərdişləri uşaqlarda hələ körpəlikdən formalaşır. Buna val
Dünyaca məşhur müğənni Britni Spirsin qalmaqallı boşanma prosesi ilə ba
Azərbaycanın "Agrarco" MMC şirkəti ilə Özbəkistanın Kənd Təs
Türkiyə İraqla neft axınının yenidən başlaması üçün şərtlərini a�
Kinematoqrafiya həm adi tamaşaçılar, həm də peşəkar tənqidçilər tər�
İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan Qarabağın erməni �
Əməkdar artist Könül Kərimova da bir çox həmkarları kimi Türkiyəyə t�
Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanı və
Ukrayna bu gecə Rusiyanın 11 ədəd "Shahed" PUA-sını məhv edib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşı Abb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçi